Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşasın Ordumuz!

13 oktyabr 2020 | 11:00

   Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirlərinin bəyanatı qəbul edilib.
   Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın razılaşmalarına uyğun olaraq, tərəflər aşağıdakı addımların atılması razılaşdırılıb:
   1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
   2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılıb.
  3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayıblar.
   4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.
   Bu, nə deməkdir?
   Azərbaycan Ordusunun sentyabrın 27-dən bəri apardığı hərbi əməliyyatların dayandırılması nə anlama gəlir? İlk əvvəl - Bakı istədiyinə çatdı.
"Təmas xətti" və "status-kvo" anlayışları artıq tarixə qovuşdu.
  Bu terminlər Minsk Qrupunun "məhsul""ları idi. Bundan sonra danışıqlarda şərtləri Azərbaycanq diqtə edəcək.Bəli, danışıqların formatı dəyişməz qalacaq, çünki formaın dəyişməsi danışıqlar prosesini uzada bilər.
   Ermənistan-Azərbaycan münaqişəsinə dair ən mühüm sənədlər BMT Təhlükəsizlik Şurasının 1993-cü il ərzində qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrdir. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələb edilir.
    Və belə format hazırda Minsk Qrupunun həmsədrləri çərçivəsində daha əlverişlidir. Amma Türkiyənin daha aktiv, daha fəal və birbaşa iştirakı ilə.
Danışııqların Bakının şərtlərinə əsaslanaraq aparılması həm də o deməkdir ki, həmiin şərtlərin çox yox, biri yerinə yetirilməzsə, ordumuz dərhal hərbi əməliyyatları bərpa edəcək. Nədir o şərtlər?
    Prezident İlham Əliyev o şərtləri səsləndirib:
   1. Ermənistanın baş naziri Nikol Paşinyan "Qarabağ Ermənistandır” ifadəsinə görə  Azərbaycan xalqından üzr istəməlidir.
   2. O, deməlidir ki, Qarabağ Ermənistan deyil.
   3.  Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.
   4. Ermənistan bəyan etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır.
   5. Bu şərtlər Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir
   Azərbaycan ordumuzun bundan sonrakı qələbələri üçün diplomatik zəmin əldə edib.
  Eyni zamanda, xatırladım ki, iki gün sonra AŞPA-nın daimi komitəsinin iclasında Ermənistanla Azərbaycan arasında döyüşlərin bölgə üçün yarada biləcəyi təhlükələr müzakirə olunacaq. Beləliklə, danışıqların gedişatı, ümumiyyətlə, Ermənistanın baş naziri Nikol Paşinyanın davranışından asılı olacaq.
   Bütün danışıqlardan fərqli olaraq, ordumuuz bu humanitar atəşkəsi əli tətikdə izləyəcək.
   Dağlıq Qarabağ ətrafında işğalda qalan bütün rayonlar qeyd-şərtsiz azad olunmalı, ermənilər Kəlbəcəər və Laçından çıxmalı, Dağlıq Qarabağda 1 nəfər (!) Ermənistan hərbçisi qalmamalıdır.
   Əks təqdirdə humanitar atəşkəsi əsgərimiz dərhal pozacaq, müharibə davam edəcək.
   Döyüşlər boşuna olmadı.
   Düşmənin çıxış yolu qalmadı.
   Yaşasın Ordumuz!
   11 saat ərzində davamlı olaraq danışıqların aparılması prosesin mürəkkəb olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərir.
   

Səkinə Rzayeva
228 saylı tam orta məktəbin direktoru 

Keçidlər