Qarabağ Azərbaycandır
Bir daha Ermənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani, faşist siması ifşa edildi və bütün dünyaya göndərildi. Bir daha sübut olundu ki, Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir.
Bəli, 11.10.2020-ci il tarixində baş vermiş Gəncədəki terror aktı buna sübutdur. Gecə saat 0200-da yatmış, mülki əhalini hədəfə almaq vandalizmdir, bir vəhşilikdir.
Genişqəlblilik, humanistlik həmişə Azərbaycan xalqını çətin vəziyyətlərə salmışdır. 1905-ci ildə tökülən qanlar, 1918-ci il dəhşətləri, 1988-ci il terror bir daha sübut etdi ki, düşmən elə düşməndir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni qaniçənləri ilə birlikdə “Şanlı” Sovet Ordusunun 366-cı alayının tankları Xocalıya hücum edərək türk dünyasına qarşı düşmən simalarını bir daha göstərdi.Tarix belə vəhşilik,belə dəhşət görməmişdi. O zaman da ermənilər dinc əhalini, gəlini, qızı, qocanı, körpəni gülləyə tutur, qanına qəltan edir, ağlasığmaz vəhşilik və barbarlıqdan çəkinmirdilər. Xocalı faciəsi Azərbaycan xalqının qəlbində ən ağrılı bir göynərti, ən müdhiş bir iz yaradır. Həmin bu yaranın üstü 11.10.2020-ci ildə 28 il sonra yenidən göynədi. Bütün dünya ictimaiyyəti öz gözləri ilə bir daha erməni vəhşiliyini gördü. 90-cı illərdə olduğu kimi ermənilərin hədəfi dəyişmədi - dinc əhali hədəfə alındı. Düşmən öz torpaqlarını azad edən Azərbaycan xalqından bax beləcə, qorxaqcasına, şərəfsizcəsinə “qisas” aldı.
Möhtərəm Prezidentin köməkçisi Hikmət Hacıyev Gəncə hadisələrini Xocalı faciəsindən sonra Azərbaycanda olan ikinci böyük terror aktı adlandırdı və bu terroru bütün dünyaya bəyan etdi.
Bəli, bu bir Vətən müharibəsidir. Biz başda Ali Baş Komandan İlham Əliyev olmaqla hər bir vətəndaşımıza güvənirik. Tezliklə, qələbə bizimdir, qələbə ta qədimlərdən bəri Azərbaycana məxsus Qarabağ torpağınındır, Qarabağ Azərbaycandır!!!
Qərənfil Dadaşova,
273 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi