Şriftin ölçüsü :

Saytın rəngi :

Humanitar atəşkəs qərarı döyüş xəttində yaranmış problemlərin həlli üçündür

13 oktyabr 2020 | 11:00

    Moskvada  Rusiya , Azərbaycan və Ermənistan  Xarici İşlər nazirlərinin  11 saat ərzində davamlı olaraq üçtərfli görüşü keçirildi. Görüşün yekununu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov açıqlayıb. Razılığa əsasən, Azərbaycan və Ermənistan tərəfi arasında 2020-ci ilin  10 Oktyabr saat 12:00 radələrindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və Kriteriyalarına uyğun olaraq hərbi əsirlərin  və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi üçün humanitar məqsədlərlə atəşkəs elan olundu. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq .
   Humanitar atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvonun siyasi və diplomatik müstəviyə daşınmalıdır.Bu proseslər paralel şəkildə aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin. Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən  edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbul edilməzliyini hamı başa düşdü. Bütün bu əməliyyat  Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir.
   Cənab Prezident İlham Əliyev bu  siyasi  təzyiqlərə sinə gəlir və məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır. Diplomatiyada səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Humanitar  atəşkəsə Azərbaycanın birtərəfli qayda da  yox deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı. Təmas xətti deyilən anlayış yoxdur.Münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi. Prezident İlham Əliyev həmişə,  o cümlədən, Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə ,əzm ,qətiyyət , prinsipiallıq nümayiş etdirdi.
  Münaqişənin həll olunmaması  və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir.Məqsəd  Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına nail olmaq idi.Təbii ki Azərbaycan işğalla heç zaman barışmayacaq. Status-kvo dəyişdi.
   İndi hərbi və siyasi şərtləri Azərbaycan diktə edir.Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrut və ətraf  kəndlərin  azad  edilməsinin böyük geo-siyasi əhəmiyyəti vardır.27 sentyabrdan  başlayan əks -hücum  əməliyyatları bizi əsas hədəfə daha da yaxınlaşdırır. Dünya xalqımızın əzmini gördü. Xalqımızın igid oğulları Ali Baş Komandanın ətrafında səfərbərdir.
  Milli həmrəylik,yüksək vətənpərvərlik,dünya  azərbaycanlılarının  birliyi dövlətimizin əzmini  daha da artırdı. Bir daha sübut olundu ki , Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc  əhalidir.
  Azərbaycan “Humanitar atəşkəs”in bütün tələblərinə riayət edən zaman Ermənistan tərəfi növbəti dəfə bu tələbləri pozur.Azərbaycanın ikinci ən böyük şəhərinin vurulmasında məqsəd aydındır.
  Təxribata yol verməmək,Azərbaycanı Suriyaya çevirməmək üçün bütün mümkün vasitələrdən istifadə edən Azərbaycan  düşmənin bu hiyləgər  bu  murdar  planını ifşa edib.

Vüsalə Orucova
S.Məmmədov adına 110№li tam orta məktəbin tarixi müəllimi 

Keçidlər