Şriftin ölçüsü :

Saytın rəngi :

Milli həmrəylik , yüksək vətənpərvərlik

13 oktyabr 2020 | 11:00

   Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələri olan xalqlarındandır  və təqribən 5 min illik dövlətçilik tarixinə sahibdir. Öz dövlətçilik tarixində daima yadelli  işğallara məruz qalan, yağmalanan Azərbaycan öz müstəqilliyi uğrunda həmişə mübarizə aparmışdır. Əsrlərlə Erməni təcavüzündən əziyyət çəkən  xalqımız bu məsələdən artıq cana doymuşdur.
   Nədir Erməni məsələsi? Erməni məsələsi soyğunçuluq, qan, nifrət, dəhşət və fəlakətlər mənbəyi mənalarını ifadə edən bir məfhumdur ki, bu xəstə ideya uğrunda çarpışmalardan Yaxın Şərqdə, Anadoluda və Qafqazda insanlar əziyyət çəkmiş və hələ də yeni-yeni zülmlərə düçar olmaqdadırlar. Son 2 əsr Azərbaycan türklərinin həyatında ən ağır və dözülməz işgəncələr, qırğınlar, deportasiyalarla yadda qalmış və bu proses bugünə kimi davam etməkdədir.
   Setyabrın 27-də başlamış hərbi əməliyyatlar göstərdi ki, Azərbaycan ordusu düşmənə layiqli cavab vermək iqtidarındadır. Qısa müddətdə düşməndən azad edilmiş kəndlərimiz, strateji yüksəkliklərimiz, əldə olunan hərbi qənimətlər  Ali Baş Komandan İlham Əliyevin yeritdiyi düzgün siyasətin nəticəsidir. Prezident İlham Əliyevin göstərdiyi  iradə, əzm, qətiyyət, prinsipiallıq bir daha sübut etdi ki,   o, əsl Azərbaycanlıdır. Azərbaycanın milli maraqları onun üçün ən ali dəyərdir.    Onu özləri üçün örnək alan Azərbaycan gəncləri bugün səngərlərdə tarix yazır. İrqindən, dininidən asılı olmayaraq bütün  Azərbaycanlılar bugün bir  yumruq kimi birləşmiş və bu yumruğu düşmənin başına endirməkdədir. Oktyabrın 11 -də gecə saatlarında dinc Gəncə sakinlərinin raket atəşinə tutulması Erməni vandalizminin nə qədər dəhşətli olduğunu bir daha sübut etdi. Bu atəşin humanitar atəşkəs dövründə başlanması Ermənilərin nə qədər cılız bir millət olduğunu ortaya qoyur. Hərbi müstəvidə əldə etdiyimiz naliyyətlər bizi günü-gündən ruhlandırır. Həmişə yanımızda olan regionun ən güclü dövlətlərindən olan Türkiyə indi də bizim yanımızdadır və bu mübarizədə bizi dəstəkləyir.
   Dövlət başçısı İlham Əliyev Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmadan yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Eyni zamanda bu mübarizə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyadan bəyan edib ki Azərbaycan bundan sonra da nə danışıqlar prosesində nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək.İnanıram ki tezliklə Azərbaycan bayrağı bütün işğal altında olan torpaqlarımızda dalğalanacaq. Şəhidlərimizin qanı yerdə qalmayacaq.

Mənsubə Bədəlova,
253N-li orta məktəbin tarix müəllimi

Keçidlər