Qaradağ Gənclər Evinin təşəbbüsü ilə tibbi maskalar paylanılmışdır.
09 oktyabr 2020 | 11:00
Qaradağ Gənclər Evinin təşəbbüsü ilə 9 oktyabr tarixində #könüllülərimiz tərəfindən tibbi maskalar paylanılmışdır.
Koronavirus (#COVID19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində vətəndaşlara, eləcə də əhalinin kütləvi olduğu ərazilərdə fəaliyyət göstərən ticarət və ictimai iaşə obyektlərində tibbi maskalar paylanılaraq, vətəndaşlara maska taxılmasının, sosial məsafənin qorunmasının və sanitar-gigiyenik qaydalarına əməl olunmasının zəruriliyi izah edilmişdir.
Qaydalara əməl edək, sağlamlığımızı qoruyaq!