Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev – 90

18 aprel 2013 | 10:00

17 aprel 2013-cü il tarixində Qaradağ rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 08 fevral 2013-cü il tarixli 21 saylı sərəncamına əsasən Qaradağ rayon Heydər Əliyev Mərkəzi və Qaradağ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon gəncləri, rayon ərazisində yerləşən hərbi hissələrin şəxsi heyətləri ilə görüş keçirildi.
Görüşün I hissəsində dəvət olunanlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış oldular  və məlumatlandırıldılar.
Görüşün II hissəsi dəyirmi masa formasında keçirildi. Dəyirmi masada 90 illik yubileyi ilə bağlı tərtib olunmuş tədbirlər planı iştirakçıların nəzərinə çatdırıldı.
Qərara alındı ki, rayonun təhsil müəssisələrinin, idarə və təşkilatların və eyni zamanda hərbi hissələrin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil edilsin. Bundan əlavə planda öz əksini tapan “Mən Heydər Əliyev irsini öyrənirəm” test üsulu ilə bilik olimpiadası hərbi hissələrdə də keçirilsin.

Keçidlər