Qarabağ məsələsində heç nəyə baxmayaraq məhz Azərbaycan öz iradəsini diqtə edir və şərt irəli sürür
Hamıya məlum olduğu kimi son döyüşlərdə Azərbaycan Ordusunun böyü uğurları oldu. Torpaq uğrunda ölən varsa, Vətəndir. Lakin hər bir hərbi uğurun axrasında verilmiş canlar, tökülmüş qanlar var. Aldığımız hər bir qarış torpaq üçün neçə-neçə igidlərimiz canlarını Vətənə qurban dedilər. Neçə-neçə ana öz göz yaşlarını sıxıb, oğlum haqq dərgahına qovuşdu müqəddəs amal üçün dedi. Neçə-neçə ata övladının məzarı başında Uca bayrağımızı öpüb, övladı yerinə bağrına basdı.
30 illik danışıqlardan sonra bu hadisələrin olması labüd idi. Boş-boş danışıqlar bizə torpağımızı vermədi, ermənilər vaxt uddu ki, biz unudaq, onlarda 100 il sonra başqa torpaqlarımıza göz diksinlər. Necə ki, bizdən İrəvanı aldılar, Zəngəzuru aldılar. Aydın məsələdir ki, onlar sadəcə Qarabağla kifayətlənməyib, 100 il sonra başqa səfalı yerlərimizi istəyəcəklər. Erməni xalqının yalan dolu vuruşlu tarix ideologiyası onları olduqca böyük yalanlara əl atmağa vadar edəcəkdir.
Lakin Ölkəmizin müdrik rəhbəri cənab İlham Əliyev bunun belə olmayacağını dəfələrlə bəyan elədi.
Senytabr ayının 27-dən sonra Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru Erməniləri qorxuzdu. Danışıqlar istədilər. Və Ölkə rəhbərinin razılığı ilə hərbi uğuru həm də diplomatik müstəviyə keçirmək niyyəti oldu. Əslində buna nail olundu da. 11 saatlıq danışıqlar zamanı Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi.
Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir.
Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diqtə edilən şərtləri qəbul etmək zorundadır. Qəbul etdi də. Amma ki, Erməni xalqı öz xislətindən əl çəkmədi. Humanitar atəşkəs rejimini pozdu. Gəncəni atəşə tutdu və ding əhalini öldürdü. Humanitar atəşkəsin elan olunduğundan sonra ilk gecədə 10 dinc sakin öldürüldü, 40 nəfər yaralandı, hələ neçə nəfər uçurumlar altında qalıb bəlli deyil.
Təbii ki, Ermənistanın niyyəti bəllidir. Amma ki, onlar öz niyyətləriə çatmayacaqlar. Bütün günü müxtəlif kanallarda mərd Gəncəlilər müsahibə verir və qorxmadıqlarını bəyan edirlər.
Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diqtə edir və şərt irəli sürür.
Heç nəyə baxmayaraq, əminəm ki, qələbə bizimlədir.
Qarabağ Azərbaycandır!
Rəhilə Hüseynova,
Ziyalı, müəllim