Qələmimlə gedəcəyəm Şuşamıza
Azyaşlı bir məktəbli idim mən o vaxtlar,
Dərdli-dərdli axırdı soyuq və qanlı Qarqar.
Dedilər ki, gəlirsən bizə dayaq olmağa,
Xalqın yanında durub, düşməndən qorumağa.
Eşidəndəndə mən bunu ümidləndim, sevindim,
Gözümdəki yaşları qürurlanıb tez sildim.
Dövlətimin başçısı Azərbaycan oğlu idi,
Dilim Azərbaycan, himnim Azərbaycan idi...
Sözünə inanaraq biz hər zaman "HƏ" dedik,
Səninlə biz bir olub daim irəli getdik!
Bu gün də yolumuz bir, nə olsun uzaqdasan,
Ruhun bizimlədir, adınla xalqa dayaqsan!
Ulu Öndər, qələmimlə gəlmişəm ziyarətinə,
Güldən ətirli, qılıncdan kəskin, sadiq əhdinə.
Həmin məktəbli kimi bu gün də ümidliyəm,
Mən gələn il mütləq ki, Şuşaya getməliyəm...
Ali baş komandan "qovacağıq" deyirsə,
İnanıram ki, qovulacaq işğalçılar tayfası!
Əksi olacağını düşmənlər zənn edirsə,
Qoy dağılsın elə dağındanlar tayfası!
Fəth olunub yolun çoxu, qalıbdır azı,
Necə gözəldir, ətirlidir Şuşanın yazı!
Qoy yayılsın aləmə Qələbənin avazı,
Qalmasın bir tək şehidin ruhu narazı.
Ulu Öndər, ruhun şad olsun!
Şəhidlərimiz, ruhunuz şad olsun!
Dövlət başçımız, canın sağ olsun,
Varlığına şükr edən xalqın şad olsun!
Səmayə Şıxəliyeva
Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident mükafatçısı,
09.10.2020