Şriftin ölçüsü :

Saytın rəngi :

Xoş müjdələr

10 oktyabr 2020 | 11:00

Vurub keçir sədləri,
Azad edir kəndləri,
Qoruyur sərhədləri,
Şanlı ordumuz bizim!
***
Düşmən keçirir təşviş,
Dolaşığa düşüb iş.
Qüvvətlənir birə-beş
İgid mərdimiz bizim!
***
Qəlbimizə od salan
Sınacaqdır hər zaman.
Azalacaq anbaan
Ağır dərdimiz bizim!
***
Millətimiz oyaqdır,
Prezidentə dayaqdır!
Qəbul olunacaqdır,
Axır şərtimiz bizim!
***
Mövqe aydın, qərar tam,
Darda qalmaz bir qalam,
Azad olacaq tamam,
Doğma yurdumuz bizim!


Munis Bayram
Bakı, 10.10.2020

Keçidlər