Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar qəsəbələrdə reyd keçirdi

09 oktyabr 2020 | 11:00

   09 oktyabr 2020-ci il tarixində Qaradağ rayonunda fəaliyyət göstərən Operativ Qərargah tərəfindən yaradılmış 35 mobil qrupların üzvləri ilə birgə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə əlaqədar növbəti dəfə olaraq rayonun müxtəlif ərazilərində olmuşdur.
   Rayonun qəsəbələrində mobil qrup üzvləri küçə və meydanlarda, bankomat qarşısında, marketlərdə olub vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə söhbət edib qayğı və problemləri, karantin rejimi qaydalarına əməl olunması vəziyyəti ilə yerindəcə maraqlanıb.
   Söhbət zamanı onlar ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcək zərərin qarşısının alınmasından ötrü bütün zəruri tədbirlərin vaxtında görüldüyünü diqqətə çatdırmaqla bir daha vətəndaşları müəyyən edilmiş tələblərə ciddi şəkildə əməl etmələrinin, tibbi-mühafizə vasitələrindən, maska və əlcəklərdən müntəzəm istifadə olunmasının, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsinin, əsasən, bankların və ticarət obyektlərinin  qarşısında xüsusi  işarələnmiş yerlərdə dayanıb növbə gözləməyin vacibliyini bir daha qeyd edilib. Tətbiq olunan karantinin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcək faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyini ətraflı izah edərək sakinləri bütün bunlara riayət etməyə çağırıb.
   Bundan əlavə bütün qəsəbələrdə əhali sakinləri birmənalı şəkildə ölkə başçısının bütün göstərişlərinə əməl edəcəklərinə bildidərək, Dövlət Başçısının Qarabağ bölgəsində aparılan əməliyyatlardan məmnun qaldıqlarını, Ali Baş Komandanın əmrində olduğunu bildirmişlər. 
   Əhalinin torpaqlarımızın geri alınması ilə əlaqədar xəbərlərdən sevindiyini bildir və yeni-yeni şad xəbər gözlədiklərini bildirdilər

Keçidlər