Şərəfli tarixi olanlar şərəfli tarix yazmağa qadirdir !
Hər bir xalq, hər bir millət öz tarixini yazır. Amma necə tarix yazır. Həmin tarix nə ilə səciyyələnir. Həmin xalqların gələcək nümayəndələri əcdadlarının yazdığı tarixlə fəxr edəcəklər, yoxsa malik olduqları tarixdən xəcalət çəkərək onu yalanlarla örtməyə çalışacaqlar. Belə bir şərəfsiz tarixə malik ermənilər öz tarixlərini və eləcə də dövlət və dövlətçiliklərini yalanlar üzərində qurublar. Müdriklər deyib: “Yalan ayaq tutar, amma yeriməz”. Bu gün ölkəmizin Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgəri sübut edir ki, erməni necə mənfur bir millət, necə qorxaq və necə bir iyrənc ünsürdür.
Mübaliğəsiz deyirik ki, Azərbaycan xalqı yeni tarix yazır–şərəfli tarix yazır. Öz yenilməz rəhbəri və lideri, qüdrətli və müzəffər ordusunun əli ilə yazır bu tarixi. Əzəli torpaqlarımız kənd-kənd, şəhər-şəhər öz sahiblərinə qaytarılır. Yerlərimizin əski adları bərpa edilir. Əvvəlcədən möhkəm tellərlə bağlı olan rəhbər – xalq, xalq – rəhbər vəhdəti daha da möhkəmlənir.
Müstəqilliyi Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən xilas edilərək onun sona qədər düşünülmüş dövlətçilik konsepsiyası əsasında güclü inkişaf yoluna qədəm qoyan Azərbaycan bu gün Prezident İlham Əliyevin inamlı rəhbərliyi altında özünü regionun ən güclü dövləti olduğunu sübut etməkdədir.
Bu gün biz nə görürük, bizim üçün nə aydınlaşır? İllərdir bəziləri tərəfindən bizə təlqin olunan “Qarabağ probleminin açarı Kremldədir” deyiminin bir nağıl olduğunu görürük. Bu gün ermənilərin nüfuzlu havadarları belə ölkə başçımız qarşısında heç bir şərt qoya bilmirlər, yalnız nəyisə etməyi məsləhət formasında verə bilirlər. Əksinə olaraq bizim rəhbərimiz şərtləri diktə edir.
Azərbaycanın regionda nüfuz sahibi olması, onun mübaliğəsiz liderliyi hər kəsə bəllidir. Aparılan uğurlu hərbi əməliyyatlardan sonra öz gücü hesabına torpaqlarını azad etməsi isə dövlətimizin qüdrətini daha da artıracaq və onu lider dövlətlər sırasına çıxaracaqdır. Reallıq budur ki, müasir dünyada haqlı olmaq yetərli deyil, gərək həm də güclü olasan. Güclü olmayanların nəsibi Ermənistan kimi güclü dövlətlərin boyun duruğundan asılmaqdır.
Haradandır bizdə bu güc, bu qüdrət? Haradandır bu inam? Əlbəttəki, bütün bunlar şərəfli keçmişdən, dövlətçilik ənənələrini yaşatmağı bacarmaqdan və qüdrətli, vətənpərvər liderlərə sahib olmaqdan qaynaqlanır.
Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasını, varislik prinsiplərinə sadiqliyi və azərbaycançılıq məfkurəsini fəaliyyətinin əsas prioriteti saymış və bu yönümdə misilsiz layihələrə imza atmışdır. Bununla yanaşı “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ümummilli Lider bu istiqamətdə mükəmməl sosial-iqtisadi bazanın yaradılmasının təməlini qoydu. El ağsaqqalının xalqı qarşısında ən böyük xidmətlərindən biri, şübhəsiz ki, ən mühümü isə ona özü kimi inandığı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsini məsləhət görməyi oldu. Öz müdrik liderinin hər bir çağırışına səs verən müdrik xalqımız İlham Əliyevi Prezident seçdi və öz seçimində də yanılmadı. Gündən günə xalqının etimad və etibarını qazanan Prezident xalqın həm rəhbəri, həm də lideri oldu. Dünya təcrübəsi göstərir ki, hər bir lider rəhbərə çevrilə bilmədiyi kimi, hər rəhbər də lider ola bilmir. Amma Ümummilli Lider Heydər Əliyevin yolunu davam etdirən İlham Əliyev Azərbaycan xalqının həm rəhbəri, həm də lideri olmağını bacardı. Bu gün müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edərək şərəfli tariximizi yazır.
Tolerant Azərbaycan xalqı heç vaxt etnik təmizləmə siyasəti aparmayıb, heç zaman soyqırım, terror aktları törətməyib, mülki əhali ilə müharibə aparmayıb. İndi də aparmır. Səbəb çox sadədir: böyük xalqlar heç vaxt xain olmurlar, qəddarlıq etmirlər. Qorxaq və rəzillər qəddar olurlar. Belələri heç millət, xalq adını daşımağa da layiq deyillər. Erməni ünsürləri kimi. Baxın, məğlubiyyətin qaçılmaz olduğunu anlayan düşmən təmas xəttindən uzaqda olan dinc şəhərlərimizi, necə raket atəşinə tutur. Günahsız uşaqlarımızı qətlə yetirir.
Hətta Mingəçevir SES-ini və su anbarına, Abşeron, Xızı rayonları tərəfə ballistik raket atmaq cəsarətində bulunublar. Bu, artıq düşmən ordusunun Azərbaycan Ordusu qarşısında tam gücsüzlüyünün əyani göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətlərində Azərbaycanın öz torpaqlarını sonuna qədər, hər qarışı ilə geri qaytarmaq əzmində olduğunu dəfələrlə onun dilindən eşitmək bizdə qürur hissi doğurur, bizi daha böyük qələbələrə sövq edir. Rəhbərimiz və liderimizin sözlərinə istinadən: “Biz şərəfli tarix yazırıq” Çünki dövlətin və Vətən müharibəsinin başında dayanan şəxs qətiyyətlidir, milli maraqları hər şeydən üstün tutandır. O öz müdrik xalqına, xalqı isə müdrik və yenilməz rəhbərinə inanır. Yalnız müdrik xalqlar, müdrik insanlar şərəfli tarix yazmağa qadirdir.
“Qarabağ Azərbaycandır!
HİCRAN XƏLİLOVA,
YAP Qaradağ rayon təşkilatı Qadınlar Şurasının sədri