Şriftin ölçüsü :

Saytın rəngi :

Bütün dünya ermənilərin əməllərindən xəbərdar olmaldır!

07 oktyabr 2020 | 11:00

   Maraqlı tarixi hadisələrlə zəngin oldu təqaüd vaxtım. Seçkilər keçirilən iki seçkini izlədim. Utanmaz müxalifət təxribatları internet kanallarında dolu idi. Düşünürdüm ki, görəsən niyə prezident bunlara sus demir?
   Xalqın gözü tərəzidir deyəndə, nəyi nəzərdə tuturdu?
   Bu il isə olduqca maraqlı və qorxulu oldu. Evdə oturub xəbərlər dinləyir, dualar etməklə keçdi vaxtım. Koronovirus xəstəliyi dünyanı aldı. Pandemiya dedilər. Hamı maska taxtı, qorxmağa başladı....
Yeni də əlimdən nə gələrdi? Dualar etmək, Allah qorusun demək....
İnternetə çox baxıram. Qarabağda gedən hərbi əməliyyatlar diqqət mərkəzimdədir.
   Dünən maraqlı bir video izlədim. Sən demə Ermənistan tərəfdən yenə bizim ordumuza qarşı erməni formasını geyinmiş başqa millətlər var. Hamısının da üstündə erməni bayrağı. İlahni biz yenə də terrorçularla vuruşuruq.
   Videolar var, Yaxın Şərqdən olan insanlar erməni əsgərləri ilə birlikdə oturub, onların formasını geyiniblər, onlarda Ermənistan milli bayrağı var, onlar birlikdə oturub müzakirə aparırlar. Onlar buna görə məsuliyyət daşımalıdırlar.
   Bununla bağlı bizim hüquqşünaslar, beynəlxalq hüquq üzrə mütəxəssislər bu videolarla bağlı mütləq beynəlxalq məhkəməyə müraciət edilməlidir.
   Bütün dünya ermənilərin əməllərindən xəbərdar olmaldır!

Əntiqə Məstiyeva,
Təqaüdçü, Qızıldaş qəsəbə sakini

Keçidlər