Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndi azad oldu
Mən Əliyev Asif Kərəm oğlu Füzuli rayon Yuxarı Əbdürrəhmanlı kəndindən məcburi köçkünəm. Qaradağ rayon Müşfiqabad qəsəbəsi məcburi köçkün şəhərciyində müvəqqəti məskunlaşmışam.
27 ildir torpaq həsrəti ilə yaşayırdıq və gözləyirdik ki, nə vaxt torpaqlarımız işğaldan azad olunacaq, nəhayət həmingün gəlib çıxdı.
Biz inanırdıq ki, torpaqlarımız işğaldan azad olunacaq çünki bizim dünya siyahətçilərinin lideri İlham Əliyev kimi Prezdentimiz var.
Bilirdik ki, vaxt gələcək işğalçı Ermənistana dur deyəcək və əks hücüm üçün əmr verəcək.
Belədə oldu əmr verilən kimi rəşadətli ordumuz əks hücuma keçərək qısa müddət ərzində 18 kənd erməni separatçılarından təmizləndi.
Mən cənab prezdentin çıxışına baxarkən işğaldan azad olunan kəndlər arasında Yuxarı Əbdürrəhmanlı kəndinində adı var idi.
O sevinci sözlə ifadə etmək mümkün deyil.
Bütün bu sevinci bizə bəxş edən cənab prezdentimizin və güclü ordumuzun sayəsindədir.
Biz məcburi köçkünlər əminik tezliklə bütün işğal olunan torpaqlarımız erməni terraristlərindən azad olunacaq, biz zəfər çalacayıq.
Qarabağ bizimdir !
Qarabağ Azərbaycandır !
Əliyev Asif Kərəm oğlu,
Füzuli rayonu,
Yuxarı Əbdürrəhmanlı kəndindən məcburi köçkün