Cənab Ali Baş Komandan
Cəbhədə baş verən hadisələrdə ordumuzun göstərdiyi qəhrəmanlıq bir daha göstərdi ki, Azərbaycan ordusu hər şeyə qadirdir. Bu sizin qətiyyətli və uzaqgörən siyasətinizin nəticəsidir. Bütün Azərbaycan xalqı Sizin komandalığınızla birləşərək ərazi bütövlüyünün bərpa edilməsi üçün hər an cəbhəyə getməyə hazırdır.
Cəbhədə qazandığımız nailiyyətlər Qaziləri ruhlandırır və ordumuzun uğurlar qazanması bizi sevindirir. Lazım olarsa, biz də son damla qanımızla torpaqlarımız uğrunda döyüşməyə hazırıq.
Sizin bu haqq işinizdə bütün Azərbaycan xalqı sizinlədir. Cənab Prezident Sizə minnətdarıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır.
Qarabağ müharibəsi veteranları, respublikanın ərazi bütövlüyünün bərpa olunması naminə irəli sürdüyünüz siyasəti və gördüyünüz işləri dəstəkləyir.
Dərin hörmətlə,
Məcburi köçkün Müharibə Veteranlarına Dəstək İctimai Birliyinin
Qaradağ rayonu Ümid qəsəbə şöbəsinin sədri,
3 - cü qrup Qarabağ əlili Quliyev İlqar Nadir oğlu