Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan mədəniyyətinin hamisi - Heydər Əliyev

13 aprel 2013 | 10:00

13 aprel 2013-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Ə.Əmirov adına Mədəniyyət Sarayında “Azərbaycan mədəniyyətinin hamisi - Heydər Əliyev” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdən əvvəl Ulu öndərin yaradıcılığına həsr edilmiş məktəblilərin əl işlərindən ibarət sərgi təşkil edilmişdir.
Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunan kitab satış - sərgisinə də baxış keçirilmişdir.
              Giriş sözü ilə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının inkişafı naminə misilsiz xidmətlərindən söz açmış, ədəbiyyat, mədəniyyət və incəsənət adamlarına göstərilən diqqət və qayğıdan, digər elm sahələrinin inkişafına yaratdığı münbit şəraitdən danışmışdır.
Daha sonra tədbir iştirakçıları çıxış edərək Azərbaycanda sabitlik və inkişaf təməlinin banisi xalqımızın ümummilli lideri Heydər Əliyevin mədəniyyət sahəsində çalışan insanlar yaratdığı şəraitdən və bu gündə möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan məntiqli, məqsədyönlü siyasətin uğurlu bəhrələrindən danışmışlar.
Tədbirdən sonra bədii kompozisiya nümayiş olunmuşdur.

Keçidlər