Canım sənə qurban, cənab Prezident!
Mən yaşlı insanam. Demək olar ki, günüm evdə keçir. Çox vaxt televizor qarşısında oturub, bütün xəbərlərə baxıram.
Dünyadan xəbər tuturam. Son 30 il ömrüm Qarabağ həsrəti ilə keçdi. Cavanlığımda deyirdim pul qazanım, ev eşik qurum, 40 yaşdan sonra gedib diyar-diyar gəzərəm ölkəmi. Çox sorağın eşitmişdim Qarabağın. Amma evimizdə süfrəmizin başına çıxartdığımız erməni ürəyimdə qoydu arzumu.
Hey xəbərləri izləyirdim, deyirdim kaş ki, ömrümün payızında sevinə biləydim.
Amma Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunması məni üzdü. Allaha yalvarırdım ki, yer yarıla Qarabağ yox ola ermənilərlə birgə. Baxa bilmirdim internetdə ermənilər gözəl səfalı yerlərimizdə at oynatmasına. Qaçqın və məcburi köçkünləri görəndə pis olurdum. O qədər təxribat oldu ki, ermənilər tərəfindən. Sonuncu dəfə düşündüm ki, heç bir digər qondarma “Dağlıq Qarabağ lideri” bunu etməmişdir. O, bunu azərbaycanlıların hisslərini təhqir etmək üçün edib. Ondan sonra çox göz yaşı tökdüm.
Ermənilərin qondarma “Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara alanda ürəyim az qala partlayacaqdı....
Demə bu hissləri mən tək keçirməmişəm....
Demə mənim canım Prezidentim də yığıbmış onların oyunlarından. Son dəfə “Siz onları dayandıra bilmirsinizsə, biz dayandıracayıq” dediyində dua etdim xeyli....
Və 27 sentyabrda nəhayət ki, Ali Baş Komandan İlham Əliyev əmr etdi əks hücuma keçməyə.....
Qələbə bizimlədir.....
Yaşıma baxma cənab Prezident!
Mən də əmrindəyəm!
Gedib canla-başla Qarabağın qurulmasında iştirak edim!
Var ol mənim Prezidentim!
100 yaşa!
Sən başqa cür edə bilməzdim!
Sən dahi Heydər Əliyevin oğlusan!
Sən ulu öndərimin bizə verdiyi fəxrsən!
Əli Dünyamalıyev,
Korgöz qəsəbə sakini,
Qəsəbə Ağsaqqallar Şurasının sədri