SON SÖZÜ İLHAM ƏLİYEV DEYƏCƏKDİR
İlk növbədə qeyd etməliyəm ki, vətənpərvərlik əsgərin mənəvi zənginliyi deməkdir. Vətənpərvərlik hissində qələbəyə çağırış olur. Bu çağırışı əsgər Vətənin, Ananın səsi bilir... Və bu səsi eşidən əsgər şirə, pələngə dönür. Polad olur, Mübariz olur, Fərid olur, məğlubedilməz olur. Əsgər hiss edəndə ki, onun sərkərdəsi qətiyyətli, milləti qeyrətli, amalı düz, yolu haqq yoludur, onu öldürmək olar, lakin sındırmaq olmaz!
Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və təmkinli çıxışları, dünyaya meydan oxuyan dövlətlərin rəhbərlərinə verdiyi sərt və qətiyyətli cavablar, millətə üz tutaraq mübarizəyə çağırışı əsgərin də hər bir vətəndaşın da damarında axan qanını, azadlığa məftun və müştaq olan ruhunu yerindən oynadıb. Türkün də ki qanı qaynadısa onun qarşısını kəsəcək bir qüvvə yoxdur.
Bax bizim ordumuzu bu gün müzəffər qılan bu xüsusiyyətidir.
Təəssüf ki haylar bunu unudublar. Onların ağlı hələ də 90-cı illər səviyyəsindədir.
İnkişaf edən cəmiyyətdən, sarsılmaz iqtisadi əsası olan dövlətdə mənəvi təbəddülatdan ya xəbərləri yoxdur, ya da yenə də köhnə havadarlarına arxayınçılıq onları bədbəxt edəcəkdir.
Bizim xalq tarixən ədalətli olub. Heç kim deyə bilməz ki hətta qurduğumuz neçə-neçə imperiyada kiməsə, hansısa xalqa, topluma qarşı qəddarlıq edilmişdir. Tarixdə belə fakt yoxdur!
Lakin bu gün özlərini erməni adlandıran haylar ( bu da geniş bir yazının mövzusudur) tarixdə hansısa bir dövlət qurduqlarını sübut edəcək bir fakta malik deyillər. Lakin hay həyasızlığı o həddədir ki, onlardan olsa Adəmin də hay olduğunu iddia etməkdən belə çəkinməzlər. Hindistandan qopub gəlmiş bir qaraçı tayfası Rusiya imperiyasının, Fransanın əlində oyuncaq olduqdan sonra öz isti yuvalarına su buraxmış oldular. Osmanlı imperiyasında qazandıqları mövqe, malik olduqları sərvətlər hay keşişlərinin və avantüristlərin xəyalpərvərliyi və xəyanəti ucbatından məhv oldu. Və Osmanlıdan fərqli olaraq bu toplum Türkü özlərinə əbədi düşmən elan edib həm cəlayi-Vətən oldular, həm də yüz ildən bir baş qaldıran “erməni xəstəliyi”nə tutuldular.
Havadarlarının dəstəyi ilə tarixi türk torpaqlarında qurulan dövləti onlara peşkəş edənlərin oyuncağına çevrilən haylar dəflərlə özlərinin də qırılmağına səbəb olan təxribatlara, müharibələrə baş vurdular. əslində qaraçı kimi bir yerdə qərar tuta bilməyən bu toplum “Böyük Ermənistan” xülyasıyla yaşasa da hələ də aydınlaşdıra bilməyib ki işdi bu boyda bir ərazidə dövlət quracaqları təqdirdə həmin ərazilərdə kim yaşayacaq? Hazırda əllərində olan torpaqda cəmi 2 milyon( bəlkə də daha az) qalan haylar torpaq iddiasından əl çəkə bilmirlər. Mən, onları bir millət kimi yaxşı tanıdığımdan əminliklə deyərəm ki, bu hay xalqının işi deyil. Sadəcə hay ziyalıları, keşişlər və terrorçu qaragüruh bu millətə də, qonşularına da qənim kəsilib.
Bu gün Ermənistanda həmin kəsimin balaları yağ-bal içində üzür, qırılan isə zavallı, kasıb hay balalarıdır! Ona görə də hay ordusu deyilən quldur dəstəsi heç vaxt Azərbaycan ordusunun qarşısında duruş gətirə bilməz!
Bizim apardığımız müharibə ədalətli müharibədir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz Vətənimizi, tarixi torpaqlarımızı işğaldan azad etmək üçün döyüşürük. Bəs onlar niyə döyüşür?
Masislinin, gümrülünün nəyinə gərəkdir Qarabağda vuruşub ölmək?
Həm Qarabağdakı, həm də Ermənistandakı hayları yalançı vətənpərvərlik hissləri ilə aldadıb özgə torpaqlarında ölümə sövq eləmək zaman-zaman hay başbilənlərinin hobbisidir desəm yanılmış olmaram. Lakin bu hobbi haylara da ətrafdakı qonşulara da ziyandan başqa heç nə verməyib.
90-cı illərdən fərqli olaraq zaman da, dünya da dəyişib. Bu müddətdə Rusiyanın forpostuna çevrilən, müstəqil iqtisadiyyatı, sənayesi olmayan, bütün regional layihələrdən kənarda qalan, dünyanın tula payı ilə yaşayan Ermənistandan fərqli olaraq Azərbaycan həm zəngin sərvətləri, həm də uzaqgörən rəhbərliyi sayəsində inkişaf edib, müstəqilliyini möhkəmlədib, dünyanın inkişaf etməkdə olan ölkələrindən birinə çevrilib.
Döyüşməyə əsgər tapa bilməyən Paşinyan gah ona-buna yalvarır, gah günahı Türkiyədə görür, gah Azərbaycan tərəfdən muzdluların döyüşdüyü cəfəngiyyatını tirajlayır, gah da qadınlardan və yaşlılardan batalyonlar düzəldir. Arvadı əlində avtomat Qarabağdakı əsgərlərin yanında olanda, oğlu hərbi xidmətini Qarabağda keçəndə qürrələnən bu tayqulaq faşist indi müharibənin Ermənistana aidiyyəti olmadığını həyasızcasına və riyakarlıqla bəyan edir. Amma daha bir məsələdə ciddi yanılır. 30 illik işğalın nəticələrinə baxmayaraq toparlanan, bu müddətdə özünün potensial imkanlarından bəhrələnib dövlətini inkişaf etdirən, layiqli və qətiyyətli rəhbərlik sayəsində qələbəyə inamını qoruyub saxlayan və bu gün bu inamla döyüşən bir Ordu var. Azərbaycan Ordusu! Zəfər Ordusu! Bu Ordunu qələbəyə qədər aparacaq Ali Baş Komandan var! O, dünya liderlərinin, siyasi çevrələrin ciddi qəbul etdiyi, yürütrdüyü siyasətə, idarəetmə qabiliyyətinə, siyasi manevrlərinə hörmətlə yanaşılan İlham Əliyevdir! Xalq liderinin əzm və qətiyyətindən vəcdə gələrək onun arxasınca irəliləyir. Ən radikal müxalif fikirlilər belə bu gün onun şəksiz liderliyini qəbul edir. Ordunun təchizatı yüksək səviyyədədir. Arxa cəbhə ilə ön cəbhə arasında qırılmaz bağlılıq və dəstək təmin edilib.
Ən başlıcası isə millətdə öz rəhbərinə və qələbəyə güclü inam var. Qələbəyə inam isə özü bir orduya bərabərdir. Bu mənada Azərbaycanın haylarla döyüşən iki ordusu var. Biri əlində avtomat tutan, səngərdə növbə çəkən əsgərlərdən ibarət ordu, digəri isə sıravi əsgərindən tutmuş Ali Baş Komandanına, fəhləsindən tutmuş dövlət rəhbərliyində təmsil olunan şəxslərin qəlbindəki inam və imandan ibarət ORDU!
Bədbəxt hayların rəhbərləri bunu hesaba almayıblar və yanılıblar. Ona görə də son sözü yüksək döyüş əzmiylə, qələbə ruhuyla, hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edən Azərbaycan əsgərinin Ali Baş Komandanı İlham Əlıiyev deyəcəkdir!
Şəmsi Qoca,
şair-publisist, 166 nömrəli məktəb-liseyin direktoru