TANRI SƏNİ QORUSUN!
Bu gün ulu millətin
Hayqıran haqq səsisən.
Müzəffər ordumuzun
Qalib sərkərdəsisən.
Əzəmətin, qürurun,
Düşməni lal eyləyib.
Qulağı kəsiklərə
Səni zaval eyləyib.
Yetər, dedin səbrimiz,
Zorlandı, yetər, daha.
Biz ki ayağa durduq,
Əsarət bitər daha!
Bayrağımız sancılar,
Şuşaya, Xankəndinə.
Nifrətin düşmənləri
Alıbdı öz cənginə.
Millətin gözü səndə,
Ruhu belə səndədir.
Dünən “mənəm” deyənlər.
Gör indi nə gündədir.
Sən tarixi pozanı,
Pozursan yer üzündən.
Yeni tarix yazırsan.
Sevinc axır gözündən.
Babəkim, Cavanşirim,
Səndə təcəssüm tapır.
Şəhid analarının,
Üzü təbəssüm tapır.
Millət qalxır, ucalır.
Sən qələbə çaldıqca.
Şəhid qanlı bayrağım
Göylərə ucaldıqca.
Yenidən cana gəlir,
Mübarizlər, Poladlar.
Sabah Cıdır düzündə
Kişnəyəcək Boz atlar.
Suqovuşan söyləyən
Dilinə qurban olum!
Hücum əmrini yazan
Əlinə qurban olum!
Sənsən şair ilhamım,
Sənsən şöhrətim, şanım.
Mənim İlham qardaşım,
Ali Baş Komandanım,
Otuz ildən sonra qoy,
Göz yaşımız qurusun.
Sən millətin fəxrisən,
Tanrı səni qorusun!
Şəmsi Qoca,
Şair-publisist,
Qaradağ rayonu
166 saylı məktəb-liseyin direktoru