Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbə bizimdir

06 oktyabr 2020 | 11:00

   Bu Azərbaycan Prezidenti cənab İlham Əliyevin tvitidir... Ölkə Başçısı “Madagiz bizimdir” yazır. Bu isə cənab Prezidentin Azərbaycan xalqına yaşatdığı böyük qələbənin dadıdır. 
   Cənab Prezident bizi ən ülvi xəyalımıza qovuşdurdu. Arzularımızda, xəyallarımızda, təsəvvürlərimizdə 30 il həssaslıqla yetişdirdiyimiz ən müqəddəs istək reallaşır bu günlər.
   O qədər sevinc, qürur və həyəcan içindəyik ki.  O qədər sevinci, xoşbəxtliyi, bəxtəvərliyi birdən-birə yaşatdınız bizə Ölkə Başçımız.
   Gözümüz, könlümüz sevinir! Hər birimizin ruhu bayram edir. Hər bir Azərbacan vətəndaşı yalnız pozitiv xəbərlər gözləyir. Ölkə başçımız, cənab Ali Baş Komandanın hər yeni xəbəri bizi fərəhləndirir. Hər yeni tvitti insanın ruhunu oxşayır. Son xəbərlər həqiqətən bəxtəvərlikdir bizim üçün.
   Bu son bir həftədə sadəcə 18 kənd alındı Neçə-neçə yüksəkliklər alındı. Dünyada azərbaycanlıları bu günlər qələbə sevincini yaşayır. Bu qələbə uğrunda verdiyimiz hər bir şəhidimizin ruhu sayənizdə sevinir bu gün.
   Cənab Ali Baş Komandanımız, Siz nə qədər böyük strateq, nə qədər uzaqgörən hədəfiniz, nə gözəl Xilas Planınız varmış Qarabağımız üçün. Siz Qarabağ hərbi üçün bütün dünyanı dolaşırdınız - Valdayda, Soçidə, Aşqabadda, Münhendə erməni baş nazirini ifşa etdiniz dünyaya ! Bütün dünyaya  zəlil edəndən sonra, diplomatik qələbələrin ardınca “Siz Ermənini dayandıra bilmirsinizsə, biz dayandırarıq dedi” və 27 sentyabrda erməni tərəfinin törətdiyi son təxribatda “Bu da Hərb Meydanı!” dedi ölkə başçımız...
   Bu gün xalqın hər bir üzvü cənab Prezidentin çıxışını gözləyir. BU gün cənab Prezidentə olan sevgi dünyanın heç bir ölkəsində yoxdur!
   Bu gün Azərbaycan xalqı yekdilliklə Sizin ətrafınızdadır.
   Bu gün Azərbaycan ordusu əmrinizdədir!
   Hər bir vətəndaş əmrinizdədir Ali Baş Komandan
   Var olun!
   Allah Sizi qorusun!

Yeganə Əliyeva,
Lökbatan qəsəbə sakini

 

Keçidlər