Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq öz Dövlət Başçısının yanındadır.

06 oktyabr 2020 | 11:00

    Bu gün Azərbaycan Ordusu öz Şanlı Tarixinə qızıl hərflərlə ard arda yeni-yeni Qələbə və Zəfərlər yazır.

   Bu gün Azərbaycan Ordusu öz doğma Vətənində öz Şanlı missiyasını həyata keçirir. Bütün təxribatlar Ermənistan tərəfindən həyata keçirilir. Və təbii ki, Azərbaycanın Ermənistanın ərazisində heç bir hərbi məqsədi yoxdur. Ermənistan daim törətdiyi münaqişələrdə cavab almışdır. Toqquşmalar yalnız dörd gün davam etdi. Sonra avqustun 23-də Ermənistan ordusu tərəfindən ərazimizə daxil olmaq və terror aktlarını törətmək üçün göndərilmiş diversiya qrupu dağıdılmışdır və bu diversiya qrupunun başçısı yaxalanmışdır. Bu da onlara dərs olmadı.

   Onla bizim mülki şəxslərimizin məkanlarını hədəf almaqda davam edir, öz çirkin əməllərinin nəticəsi olaraq daim danışıqları pozur, təxribatlar törədirdilər.

   Onlar danışıqlar prosesini tamamilə məhv etmək istəyirdilər. Onlar Azərbaycanı günahlandırmaq və “baxın, Azərbaycanla danışıqlar aparmaq mümkün deyil” söyləmək istəyirdilər. Amma təbii ki, onlar bu niyyətlərinə çata bilmədilər.

   Məkrli niyyətləri həlbət ki səbəbsiz deyil. Səbəblərdən biri də onların daxili çətinlikləri ola bilər. Çünki indi Ermənistanda baş verənləri bilirik. Onlar çox ciddi siyasi böhrandan əziyyət çəkirlər. Hücuma keçməmişdən iki gün əvvəl əsas müxalifət partiyasının rəhbəri həbs edilmişdir. Sabiq iki prezident barədə cinayət araşdırması aparılır. Bu da Ermənistan xalqının öz dövlət rəhbərinə şübhə ilə yanaşması üçün səbəbdir. Ermənistan rəhbərlidi daxili gərginliyi azaltmaq üçün məcburdur xalqın diqqətini digər yerə yönləndirmək.

   Bu gün bizdə isə Azərbaycan ölkə başçısı ilə xalq vəhdəti möhkəmdir. Xalq öz liderinə inanır, güvənir və onun ətrafında sıx birləşmişdir. Şəhərə çıxdıqda vətəndaşlar öz avtomobillərinə Prezdentin və Qarabağ Şəhidlərinin şəkli ilə Bayraqlar asmışlar. Bu isə birmənalı olaraq “Ali Baş Komandanım, əmrindəyəm!” deməkdir

   Bu gün bizim ölkəmizin mövqeyi dəyişməz olaraq qalır. Azərbaycanın tələb etdikləri tamamilə beynəlxalq hüquqa müvafiqdir.

   Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır.

   Birmənalı olaraq, işğalçı Ermənilər  ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq.

  Bu Ölkə rəhbərimizin sərt mövqeyidir.

  Qarabağ Azərbaycandır və Nida İşarəsi

Səməndər Abbasov
Puta qəsəbə sakini

Keçidlər