Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağ Azərbaycandır və NİDA İŞARƏSİ”

06 oktyabr 2020 | 11:00

   Bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında bütün dünyaya bəyan etdi ki, Siz Ermənista dur deyə bilmədiniz, biz özümüz bunu deyərik!
   Müzəffər Azərbaycan Ordusunun qətiyyətli addımları sayəsində hər gün yeni azad olunmuş kənd, strategi nöqtə haqqında məlumat alırıq.
   30 il idi ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kağız üzərində qalmışdı. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki yerində sayır. Güya fəaliyyət göstərir, amma heç bir nəticə yoxdur. Bunun əsas səbəbi Ermənistanın mövqeyidir ki, onlar torpaqları işğal altında saxlamaq istəyir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır.
   Qüdrətli Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyev hamıya dedi öz bəyanatında Siz Ermənistanı durdura bilmirsinizsə, biz buna özümüz edəcəyik. Müdrik Siyasətçi Paşınyanın heç bir təxribatına uymadı, Paşınyanın Qarabağ Ermənistandır və nöqtə deməsinə bərk zərbə ilə “Qarabağ Azərbaycandır və NİDA İŞARƏSİ” deyib onun kəlməsini heç etdi.
   Bütün təbirlərdə, görüşlərdə, hər bir toplantıda Dövlət Başçımız bütün iştirakçıların diqqətinə çatdırdı, “Qarabağ Azərbaycandır”. 
   Sonuncu təxribatlar zamanı əks hücum əməliyyatları başladı. Və Azərbaycan Ordusu tariximizin qızıl səhifələrini yazmağa başladı.
   Bu gün Azərbaycan dövlətimə Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından çox geniş dəstək var. Beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası eynisini edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları eynisini edib, lakin bu, kifayət etmir.
   Ermənistan müharibə etmək niyyətindədir. Onlar sülh yolu ilə işğal etdikləri torpaqları azad etmək niyyətində deyil. Doğrudur, münaqişənin həlli üçün hüquqi çərçivəmiz var. Lakin təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir. Bu bütün dünya ictimaiyyəti görür və Ermənistana heç bir təzyiq göstərmir.
   Bu münaqişədə Ermənistan daim müzakirələri pozan tərəfdir. Son iki ildə “inqilab”dan sonra Ermənistanın nə bəyan etdiyinə nəzər salındığında görünür ki, onlar həmişə təhrik ediblər və yeni müharibəyə başlamağı hədəfə alıblar və bunun səbəbi danışıqları tamamilə pozmaq idi. Onlar Azərbaycana qarşı bir neçə hərbi təxribat törədiblər. İyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərə və hərbi mövqelərə hücum ediblər.
   Ölkə rəhbəri bütün dünyaya bu barədə məlumat verdi, amma dünya ölkələri susdu, və bu təxribatlar davam edirdi. Bu təxribatlara son qoymaq üçün kimsə heç bir addım atmırdı.
   Bunu görən müdrik rəhbər söylədi hamıya “Siz Ermənistana dur deyə bilmirsinizsə, biz onu durdura biləcəyik”.
   Dediklərini etdiyinə də hamı şahid oldu. Son dəfə 27 sentyabrda təxribat törədilən zaman Azərbaycan ordusu əks hücuma keçdi və torpaqlar uğrunda vuruşdu.
   Bu gün artıq necə neçə kənd işğaldan azad edilmişdir, neçə-neçə strateji mövqeləri ələ keçirmişdir Azərbaycan Ordusu.
   Bu zəfəri bizə yaşadan Azərbaycan Ali Baş Komandana öz təşəkkürümü bildiriəm
  Azərbaycan əsgəri var ol!
  Yaşa Azərbaycan xalqı

Sevda İbayeva,
Lökbatan qəsəbə sakini

Keçidlər