Şriftin ölçüsü :

Saytın rəngi :

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günüdür

17 iyun 2022 | 15:41

   Qaradağ Rayon İcra hakimiyyətində 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günü münasibətilə dəyirmi masa keçirlimişdi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, icra hakimiyyətinin və tibb müəssisələrinin əməkdaşları iştirak etmişlər.

   Tədbiri Süleyman Mikayılov açmış və  tədbirdə iştirak edən, rayonda səhiyyə sahəsində çalışan hər kəsi Tibb İşçiləri günü münasibətilə təbrik etmişdir.

   Çıxışında söyləmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin yarandığı gün -  iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

   Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa edilərək müasir avadanlıqlarla təchiz olunur. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Səhiyyə sisteminin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir.

   COVİD – 19 pandemiyası ilə mübarizədə də yüzlərlə tibb işçisi həyatını itirdi, aylarla evlərinə, uşaqlarının yanına gedə bilmədilər. Bu mübarizədə yüksək ixtisaslı səhiyyə işçilərindən ibarət böyük bir ordu iştirak edir. İxtisasca həkim olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən səhiyyə işçilərinə göstərilən dəstək, onların əməyinə verilən yüksək qiymət daim rəğbətlə qarşılanır.

   Sonda Süleyman Mikayılov  bu şərəfli işdə əməyi olan hər bir səhiyyə işçisinə cansağlığı, uğurlar arzulamış və səhiyyə sahəsində əməkdə fərqlənən tibb işçiləri Fəxri Fərmanla təltif olunmuş, onlara hədiyyələr təqdim olunmuşdur.  

Keçidlər