Şriftin ölçüsü :

Saytın rəngi :

17 İyun Tibb İçşilərinin Peşə Bayramı günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirildi

13 iyun 2024 | 12:04

   13 iyun 2024-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirilmişdir.

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, icra hakimiyyətinin məsul işçiləri və rayonun tibb müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak etmişlər.

   Tədbiri Süleyman Mikayılov açaraq səhiyyə sahəsində çalışan hər kəsi Tibb İşçiləri günü münasibətilə təbrik etmişdir.

   Çıxışında bildirmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin yarandığı gün -  iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

   Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa edilərək müasir avadanlıqlarla təchiz olunur. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Səhiyyə sisteminin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir.

   Son illərdə Azərbaycan həkimləri böyük fədakarlıqlar göstərmişlər. Epidemiyaların yayılmasının qarşısının alınmasında yüzlərlə tibb işçisi həyatını təhlükəyə atmışdır. Belə tədbirlərdə bütün səhiyyə sistemi əllərindən gələni əsirgəmirlər.

   44 günlük Vətən müharibəsində də tibb işçilərimizin əməyi sayəsində itkilərimiz daha az olmuşdur, səhiyyə işçiləri arasında şəhidlər, qazilər vardır.

   İxtisasca həkim olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən səhiyyə işçilərinə göstərilən dəstək, onların əməyinə verilən yüksək qiymət daim rəğbətlə qarşılanır.

   Səhiyyə sahəsində əməkdə fərqlənən bir qrup tibb işçiləri icra hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif edilmiş, onlara hədiyyələr təqdim olunmuşdur.

   Səhiyyə işçiləri adından çıxış edən tibb Mərkəzlərindən Elmira Rəfailova, Elçin Hüseynov və Aslan Usubov  göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür etmişlər, xalqımızın sağlamlığı keşiyində durmağın ən şərəfli iş olduğunu bildirmişlər.

 

Keçidlər