Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan bayrağı ucaldılacaq hər bir işğal altında olan torpaqlarımızda

05 oktyabr 2020 | 11:00

   Azərbaycan hər zaman ədalətli danışıqların tərəfdarı olub. Beynəlxalq hüquqa sığınan Azərbaycan münaqişə boyunca diplomatik üsullara müraciət edib və danışıqlara hazır olduğunu bildirirdi.
    Danışıqlar üçün heç bir əsas qalmadı. Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə danışıqların aparılması mümkünsüzdür. Bu gün kimi aydındır.
   Qorxaq erməni xisləti özünü bir daha göstərdi. Qondarma rejimin başçısı qaçıb siçan kimi gizlənib. Təhrik niyyətli erməni siyasətidir. Qondarma “Dağlıq   Qarabağ Respublikası”nın parlamentinin Şuşaya köçürülməsi faktı Azərbaycan xalqını təhqir etmək cəhdi idi. Bu cür təhriklərə görə onlar öz layiqli cavablarını artıq alırlar və o gün çox yaxındadır, Şuşa da alınacaqdır.
   Azərbaycan bayrağı ucaldılacaq hər bir işğal altında olan torpaqlarımızda. İşğaldan azad olunmuş torpaqlarda artıq Azərbaycan bayrağı qaldırılır. Azərbaycan dili o torpaqların milli mənsubiyyətini bərpa edir.
   Bu gün Ermənistan rəsmilərinin düşünmək üçün çox az vaxtı qalıb. Ermənistan rəhbərliyi hələ ki, gec deyil yaxşı düşünməli və düzgün nəticələr çıxartmalıdır. Anlamalıdır ki, Qarabağ Azərbaycandır.

   Azərbaycanın cəmi bir şərti var. Erməni ordusu Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənistanın Baş naziri Azərbaycan xalqından üzr istəməli və deməlidir ki, Qarabağ Ermənistan deyil, Qarabağ Azərbaycandır.
   Torpaqların azad olma cədvəli Azərbaycana təqdim olunmalıdır. İşğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli müəyyən olunduğu təqdirdə atəşkəs rejimi bərpa edilə bilər.
   Erməni havadarlarına Azərbaycandan tarixi dərs verildi. Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Verilən dərslərdən Ermənistan nəticə çıxartmalı və təxribatlarından əl çəkməlidir. Boşaldılmalıdır Azərbaycan torpaqları.
   Azərbaycan xalqı şərəfli anları yaşayır. Xalqımızın haqqı bərpa olunacaqdır. Xalqımız tarixin ən şərəfli anlarını yaşayır. Ərazi bütövlüyümüz bərpa ediləcək və Azərbaycanın ümidləri özünü doğruldacaqdır. Xalqımız mütləq zəfər çalacaq.
   Qarabağ Azərbaycandır və nida işarəsi!

Təranə Həsənova,
Qaradağ rayonu, Lökbatan qəsəbə sakini

Keçidlər