Güclü Ordumuz, Müdrik Dövlət Başçımız və onlara dəstək olan xalq birliyi var
Bu gün Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz imazısını atır şanlı tariximizə. Bu gün Azərbaycan əsgəri tarixi torpaqlarımızı işğaldan azad etməklə, bütün 10 milyonluq xalqı sevinc göz yaşlarını daddırır.
Cənab Prezident xalqa müraciətində Müzəffər Ordumuzun yeni-yeni qələbələri ilə təbrik edir. Əminik ki, biz qalib gələcəyik.
Mənfur Erməni qonşularımız. Əminəm ki, Ermənistanın təcavüzkar tamahı onları bitirəcəkdir. Təcavüzkar tamah Ermənistan hökumətini daha böyük axmaqlıqlara təhrik edir. Bu siyasət Ermənistan dövlətçiliyinə təhlükədir. Bunu Ermənistan xalqı anlamalıdır.
Ermənistan xalqı öz siyasi rəhbərliyinin axmaq niyyətlərinin əziyyətini çəkir. Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını və beynəlxalq ictimaiyyəti aldadır. Təbii ki, nəticədə Erməni xalqı dünyada rüsvay olur. Artıq onları yalançı adlandıram onlarla xalq var.
Nələrə əl atmırlar ki? Yəhudi ilə İsraildə kilsə davası edir, Gürcü ilə mahnı, kulinariya mubahisələri, Türklərlə soyqırım uydurmaları.... saymaqla bitər mi? Nəyi var Ermənistanın? Bayrağı mı? Əlifbası mı? Torpağı mı?
Baş nazir Paşinyan isə öz sərsəm danışığı ilə özünü gülünc vəziyyətdə qoydu. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu və danışıqları mənasız etdi.
Son 30 ildə Beynəlxalq təşkilatlar Ermənistana təsir etmədi. İşğalçı Ermənistana heç bir beynəlxalq təşkilatı tanımadı, qəbul edilmiş heç bir sənədi icra etmədi. Bu hal beynəlxalq riyakarlığın və ikili standartların təzahürüdür.
Daim Azərbaycana qarşı təxribatlar törətdi və düşündü ki, biz susacayıq. Düşündü ki, qanun və sülh sevər xalq olaraq, dözəcəyik.
Amma Ali Baş Komandanımız son təxribatda susmadı. Dünyaya səsləndi “Siz Ermənistana dur deyə bilmirsinizsə, Azərbaycan durduracaq”
Bu gün hər birimiz yeni qələbə sorağındayıq. Yeni kəndlərimizin alınmasın, işğal altında olan torpaqlarımızın azad olmasını gözləyirik.
Yaşa şanlı Ordum, Var öl cənab Prezident!
Əmrindəyik! Səninləyik!
Çingiz İbrahimli,
Lökbatan qəsəbə sakini, ehtiyatda olan zabit, mühəndis