Qarabağa həyat qayıdacaqdır
Azərbaycan Respublikası son 30 il ərzində müharibə şəraitində yaşamasına baxmayaraq, abadlıq-quruculuq işləri davam etdirildi, bu illər ərzində Azərbaycan bütün dünyanın diqqətinə özünə çəkdi. Azərbaycan şərqin ən gözəl incilərindəndir.
Əminəm ki, Şanli Milli Ordumuz Qarabağı geri aldıqdan sonra Qarabağa həyat qayıdacaqdır. Azərbaycan dövləti bütün şəhərləri bərpa edəcək. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq və oradan azan səsi yenə də eşidiləcəkdir. Xalqım sevinə-sevinə doğma yurdunda dərindən nəfəs alıb, Allaha şükr edəcəkdir.
Azərbaycan xalqının tarixi-mədəni irsini silmək üzrə Erməni cəhdlərinə son qoyulacaqdır. Erməni öz çirkin niyyətinin boşa çıxdığını görəcəkdir. Bütün dünya artıq Erməninin əsl simasını tanıyır. Nəyi var Ermənistanın? Bir millətdən əlifba, digərindən bayraq, başqa birisindən torpaq alaraq özünə dövlət quran millətdir.
Özünü gülünc yerə qoyan Erməni xalqı birinin mətbəxini, digərinin musiqisini özününküləşdirməklə əsl səviyyəsini göstərdi dünyaya.
30 il ümid etdik, 30 il dünyadan ədalət gözlədik. Son illik həsrətə son qoyacaq Azərbaycan əsgəri. Ali Baş Komandanın əmri ilə işğaldan doğma yurdumuz azad olunacaq. Hər bir Azərbaycan vətəndaşı Sevinc göz yaşları axıdacaq.
İşğaldan azad olunan torpaqlar Azərbaycan xalqının sevinc göz yaşlarının səbəbidir bu günlər. Hər kəs cəbhədən xəbər gözləyir. Hər kəs yeni-yeni qələbə xəbərləri istəyir. Bu gün Azərbaycan xalqı bir yumruq olaraq öz Dövlət Başçısının ətrafında birləşib.
10 milyonluq xalq və Ölkə Başçısının siyasi iradəsi sayəsində qurulmuş güclü Ordu!
Güc üstünlüyü artıq Azərbaycanın tərəfindədir. Azərbaycan xalqının həsrətinə son qoyulur. Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunacaqdır. Biz qalib gələcəyik. Şanlı Azərbaycan Ordusu bütün torpaqları qaytaracaqdır. Güc yolu ilə bütün torpaqlar xalqa qaytarılacaqdır. Və xalq nəhayət ki, öz doğma yurd yuvasına qayıdacaqdır.
30 illik qaçqın həyatına son qoyulacaqdır. Artıq ümidini itirmiş öz yurd yuvasından didərgin düşmüş xalq dərindən nəfəs alıb, zəfər marşı oxuyacaqdır.
Biz qalib gələcəyik
Azərbaycandır Qarabağ! Bunu bütün cahan bilir artıq!
Sərgül Süleymanova,
Puta qəsəbə sakini