Şriftin ölçüsü :

Saytın rəngi :

Rədd ol vətənimdən işğalçı düşmən

05 oktyabr 2020 | 11:00

   Bütün dünya bilir ki, Azərbaycan işğalçı ölkə deyil. Bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və
   Başqasının torpağında Azərbaycanın gözü heç vaxt olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir.
Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir və buna  nail olacaqdır.
   Mənasız danışıqlarda Azərbaycan iştirak etməyəcəkdir. Bunu sərt iradə ilə ölkə başçımız bəyan etdi. Aparılan danışıqlar və onun formatı faktiki olaraq münaqişənin dondurulmasına xidmət edib son 30 ildə.
   Düz 30 il Azərbaycan xalqı ümid etdi. Boşa çıxmış 30 illik ümidlərimiz bizi sarsıtmır, əminik ki, biz qalib gələcəyik. Bu 30 ildə sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb. Diplomatik üsullara hər zaman sadiq olub. Beynəlxalq birliyə etibar edib daim. Xalqımızın etibarından istifadə olunub, onun səbri ilə oynayıblar. Təsəvvür edin ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 ildir kağız üzərindədir. Bu nə deməkdir?
   Azərbaycan xalqının qələbə salnaməsi yazılır bu günlər. Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindəndir. Tarix bu gün qızıl hərflərlə yeni-yeni dastanlara şahidlik edir.
   Bu gün xalqın ümidi Qəhrəman Azərbaycan əsgəridir. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimiz qəhrəmanlardır. Onların şücaəti nəticəsində doğma torpaqlarımız bizə qayıdıb. Bu qələbə bütün Azırbaycan xalqını sevindirdi.
   Azərbaycan Respublikasının şanlı tarixi yazılır. Xalq bu gün öz dövlətinin yeni tarixini özü yazır. Bu günlərdə tarixi ədalət bərpa olunur. Çünki Qarabağ  torpağı Azərbaycan xalqının əzəli tarixi torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib.
  Cənab Prezidentin xalqa müraciəti möhtəşəm idi. Xalq qaytarılmış torpaqlarda yenidənqurma işləri aparacaq. Qarabağ yenidən qurulacaq.
Bu gün yalnız bir sözümüz var: Qarabağ Azərbaycandır!  

 

Elmira Kərimova,
ziyalı, müəllim

 

Keçidlər