Qələbə bizimlədir
Cəbrayıl işğaldan azad olundu! Bu xəbəri mən nə qədər gözlədim, neçə illərdir ürəyimizdə arzu yaşayırdı. Qarabağ qaytarılsın.
Allah Ali baş Komandanımızı qorusun, uzun ömür versin! Olduqca fəxr edirəm Prezidentimizlə!
Dünən onun nitqini dəfələrlə dinlədim. “Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.” Bu Sözlər mən üçün ən böyük hədiyyə idi.
İki nəvəm hal-hazırda cəbhədədir. Biri zabitdir, biri əsgər. Onları da təbrikində unutmadı cənab Prezident: “Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.” Bu sözlər məni çox kövrəltdi.
Axi gedən döyüşlərdə nəvəm yaralanıb və hal-hazırda hərbi hospitalda müalicə alır. Danışanda belə ona zarafatca deyirəm ki, “Əli, sağal gəl səni görüm” deyirəm, amma nəvəm “nənə axı mən leytenantam. Mən and içmişəm və zabit olaraq mən üçün şərəfdir Qələbənin sonuna qədər vuruşmaq! Nənə anla məni, bu tarixi andır! Mən tarixi yazmalıyam”
Fəxr edirəm hər əsgərimizlə, hər biri mənim övladımdır, nəvəmdir
Allah onları qorusun!
Allah Prezidentimizi qorusun!
Xalq olaraq əminik ki, Qarabağ azad olacaq!
Qarabağ Azərbaycandır!
Sürəyya Qovliyeva,
Qaradağ rayonu, Korgöz qəsəbə sakini