Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan əsgəri

05 oktyabr 2020 | 11:00

 

Müqəddəs bir borcu var,
Bunu dərindən duyur,
Bir yandan zərbə vurur,
Bir yandan marş oxuyur.
Torpağına baş qoyur,
Dövlətini qoruyur.
Baxın, gedir irəli,
Azərbaycan əsgəri!
***
Bir əlində bayrağı,
Bir əlində avtomat,
Geyib zirehli mundir,
Taxıb dəmirdən qanad.
Düşmənlər qaça-qaça,
Baxır uzaqdan mat-mat.
Yarıb keçir səngəri,
Azərbaycan əsgəri!
***
Təpədən dırnağadək
Köklənibdir vuruşa!
Yaxşı dərk eləyir ki,
Onu gözləyir Şuşa!
Həvəslənib dönübdür
Qanad çalan bir quşa,
Gəzir sonsuz göyləri,
Azərbaycan əsgəri!
***
İgidləri sarsıtmaz
Nə top, nə atəş səsi,
Nə də alov püskürən
Mərmilərin qəlpəsi.
Qoşunlara bəs edər
Ali Baş Komandanın
“Hücum!”, “Döyüş!” kəlməsi!
Silaha sarılıbdır
Polad kimi əlləri,
Azərbaycan əsgəri!
***
Şəhidlərin ruhuna
Artıq olubdur əyan,
Azad olunacaqdır
Qarabağ məkan-məkan,
Necə ki azad oldu
Cəbrayıl, Suqovuşan!
İndi də yol gözləyir
Füzuli və Zəngilan!
Ağdamı, Qubadlını,
Xocalını, Xankəndi,
Ağdərə, Xocavəndi,
Unutmaz heç bir zaman,
Laçını, Kəlbəcəri,
Bir də digər yerləri,
Azərbaycan əsgəri!
***
Qarabağ qaziləri
Son nöqtəni qoyacaq!
Bir qarış torpağı da
Düşməndə qoymayacaq!
Bu sonuncu döyüşdən
Zəfərlə qayıdacaq!
Gözləyir qələbəni
Neçə illərdən bəri,
Azərbaycan əsgəri!
Azərbaycan əsgəri!!!


Munis Bayram,
Bakı, 05.10.2020

Keçidlər