Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan bütün hallarda beynəlxalq hüquqa əsaslanır

03 oktyabr 2020 | 11:00

   Azərbaycanın Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi üçün bütün hallarda beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın haqlı mübarizəsinə qərəzli mövqe nümayiş etdirən Qərb dövlətlərinin, institutlarının, həmçinin media qurumlarının fəaliyyətini, onların peşəkarlığın və obyektivliyini ciddi şəkildə şübhə altına almağa hər cür əsası var.
   Fransa münaqişənin sülh yolu ilə həll edilməsi üçün müzakirələrin davam etmədiyini bilirdi. Fransa, ABŞ, Rusiya və bir sıra beynəlxalq qurumlar Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların bərpasına dair çağırışlar edirdilər.
   Son iki ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev bu ölkələrin diqqətinə çatdırırdı ki, Paşinyan hökuməti danışıqlardan imtina edir.
   Ermənistanın müharibəyə hazırlaşdığını, Ölkə Başçımız cənab İlham Əliyev dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı.
   Fransanın bu cür qərəzli mövqeyi əslində anlaşılandır. Fransa soyqırımı törətmiş bir ölkədir. Fransanın yaxın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil.
   Əlcəzair xalqı Fransanın hakimiyyəti altında 132 ildə (1830-1962) müstəqillik uğrunda mübarizə aparmış və nəticədə fransızlar tərəfindən 1,5 milyon əlcəzairliyə qarşı soyqırımı həyata keçirmişdir. Bu bir tarixi faktdır.
   Fransanın Vyetnamda törətdiyi soyqırımı xatırlamamaq mümkün deyil. Fransa Vyetnamda çox böyük soyqırımı həyata keçirmişdir. 
   Fransanın soyqırımı keçmişi yalnız Əlcəzairlə və Vyetnamla məhdudlaşmır. Fransa üç qitədə olan müstəmləkələrində yerli əhaliyə qarşı soyqırımı törətmiş, əhalini ölkəni tərk etməyə məcbur etmiş, dinlərini dəyişdirmiş və onlara ən adi insani yaşamaq haqqı verməmişdir.
   Fransanın Cibutidə törətdiyi soyqırımı da xatırlayaq. XIX əsrin 60-cı illərində Fransa əsgəri birlikləri Cibutiyə daxil olur. 1917-ci ildə Cibutidə başlanan azadlıq mübarizəsi qan gölündə boğuldu, 100 minlərlə insan öldürüldü. Bu bir tarixi faktdır.
   Fransanın Çadda törətdiyi soyqırımı xatırlayaq. Çad torpaqlarının fransızlar tərəfindən işğalı da bu ölkənin törətdiyi soyqırımlar silsiləsinin davamıdır. Ötən əsrin 50-ci illərinin sonlarına qədər fransızlar Çadda soyqırımına davam etmişlər.
   Fransanın Qabonda törətdiyi soyqırım da tarix sahifələrində öz əksini tapıb. Fransa Qabon torpaqlarında da soyqırımı həyata keçirmiş, islam dinini qadağan etmiş, din xadimlərini öldürmüş, 10 minlərlə insanı yaşamaq hüququndan məhrum etmişdir. Bəli, bəli! Bu Fransa ölkəsinin tarixidir.
   Fransanın Tunisdə törətdiyi soyqırıma da nəzər salaq. 1881-ci ildə Fransa Tunisi işğal etmişdir. Fransızlar burada müqavimət göstərənlərə qarşı amansız terror həyata keçirmişlər.
   Bütün bunlar bizə əsas verməli idi ki, biz anlayaq ki, Fransa soyqırım törədən ölkədir.
   Fransanın müharibə mirası az deyil. Bu gün Kamerunun ingilisdilli və fransızdilli bölgələri arasındakı savaş Fransanın müstəmləkə dövrünün Afrika ölkələrinə qoyduğu acı mirasdır. Bu bir həqiqətdir.
   Beynəlxalq dəyərlərə fərqli münasibət gözləməliyik mi Fransadan?  Makrona məsləhət görərdim ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər verib uca bəyanatlar səsləndirməkdənsə, Korsika xalqına millətlərin öz müqəddəratını müəyyən etmək prinsipini bəxş etməklə “əsl demokratiya” nümunəsini göstərsin.
   Bu gün beynəlxalq hüquq normalarına zidd olan bəyanatına görə Fransa Prezidenti Azərbaycan xalqından üzr istəməlidir!
  Qarabağ Azərbaycandır!

Rəhilə Zeynalova,
Ziyalı, 166 saylı məktəb liseyin müəllimi


 

Keçidlər