Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev – 90

14 aprel 2013 | 10:00

Qobustan qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Qobustan qəsəbə nümayəndəliyinin işçiləri, Qobustan bələdiyyəsinin  üzvləri və qəsəbə ictimaiyyəti iştirak etmişlər. 
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və suveren Azərbaycan dövlətinin təşəkkül tapmasında onun mühüm rolu barədə danışmışdır.
Digər natiqlər çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının inkişafı naminə misilsiz xidmətlərindən söz açmış, ədəbiyyat, mədəniyyət və incəsənət adamlarına göstərilən diqqət və qayğıdan, digər elm sahələrinin inkişafına yaratdığı münbit şəraitdən danışmışdır.
Daha sonra tədbir iştirakçıları çıxış edərək, Azərbaycanda sabitlik və inkişaf təməlinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin mədəniyyət sahəsində çalışan insanlar yaratdığı şəraitdən və bu gündə möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan məntiqli, məqsədyönlü siyasətin uğurlu bəhrələrindən danışmışlar.

Keçidlər