Qarabağ Azərbaycandır və Nida işarəsi!
Minsk Qrupu həmsədri kimi Fransa dövləti tərəfsizliyini hər zaman qorumalıdır. Amma əfsuslar olsun ki, bunu Fransa dövləti edə bilmir. Sentyabrın 30-da Riqada verdiyi bəyanatda Fransa Prezidenti Emmanuel Makronun bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etmədiyini göstərdi.
Fransa işğalçının yanındadır. İşğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycana beynəlxalq hüquq norma və prinsiplərinə görə fərqli münasibət göstərilməlı, Ermənistana beynəlxalq təzyiq edilməlidir.
Artıq bir daha Azərbaycan xalqı gördü ki, Fransa vasitəçilik missiyasını yerinə yetirmir. Fransanın bu qərəzli və siyasi etik qaydalara sığmayan bəyanatı onu göstərir ki, bu ölkə Minsk Qrupu həmsədri funksiyasını yerinə yetirməkdə psixoloji çətinlik çəkir. Fransa bu missiyasını tərəfsiz olaraq yerinə yetirib-yetirməyəcəyi haqqında xüsusi açıqlama verməlidir. Biz xalq olaraq bunu Fransa hökumətindən tələb etməliyik.
Hətta Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılması müzakirə edilməlidir. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyasını yerinə yetirən bir ölkənin prezidentinin Ermənistana və ermənilərə xitabən “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq.” – deyə bəyanat verməsi əsla qəbul edilə bilməz. Bu işğalçı Ermənistanın mükafatlandırmaq və yeni ərazilər işğal etməyə həvəsləndirməkdir. Makron bunu anlamırsa, bunu ona anlatmaq bircdur.
Fransa Prezidenti öncə beynəlxalq hüquq normalarını öyrənməli, vasitəçi ölkələrin missiyasını və vəzifələrini incələməlidir.
Bütün var qüvvəmizlə biz beynəlxalq hüquq müstəvisində verdiyi bəyanata görə Fransa Hökümətinin aydınlıq gətirməyini tələb etməliyik
Qarabağ Azərbaycandır və Nida işarəsi!
Nəzirə Bağırova,
Ziyalı, 166 saylı orta məktəbin müəllimi