Azərbaycan Ermənistan məsələlərində fransız olan Fransa Prezidenti
Maraqla Fransa Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Riqada verdiyi bəyanatı dinlədim. Düşündüm və anladım ki, cənab Emmanuel Makron bir çox məsələlərdə fransızdır. Ya xəbəri yoxdur, ya məlumat verilməyib ya da ermənidir. Axi necə ola birlər ki, Fransa dövləti bu məsələdə öz tərəfsizliyini qoruya bilmir? Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir. Onun bütün söylədikləri birtərəfli və qərəzlidir.
Necə ola bilər ki, Fransa işğalçı Ermənistanı dəstəkləyir? Bir dövlət başçısı necə ola bilər ki obyektiv deyil? Görəsən cənab Makronun anlayır ki, onun bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etmir?
Bütün bu suallar məni çox düşündürür.
Bir çox məsələlərdə mən daim tərəflərə anlayış vürirəm, bir çoxlarını anlamaq istəyirəm. Amma Qarabağ Azərbaycandır deyir bütün dünya, amma cənab Makron bəyanatı ilə “Fransa işğalçının yanındadır” deyir.
Anlaşılandır ki, işğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycana beynəlxalq hüquq norma və prinsiplərinə görə Fransa fərqli münasibət göstərməlidir. Fransa bu gün Ermənistana beynəlxalq təzyiq etməlidir.
Amma çox təəssüf ki, bu belə deyil.
Heç buna heyifsilənmirəm. Bu da keçəcək.
Azərbaycan Əsgəri qalib gələcək!
Ölkəmin müdrik başçısı demişkən, “Dünya işğalçıya dur deyə bilmirsə, Azərbaycan onu durduracaq!”
Elmira Kərimova,
Ziyalı, 166 saylı orta məktəbin müəllimi