Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən var olsun!

03 oktyabr 2020 | 11:00

   Azərbaycan əsgəri bu gün öz sözünü deyir. Qarabağ uğrunda müharibə gedir. Müharibə gedən zonalarda yerli əhali “Vətən sağ olsun” deyir. Hər gün atılan mərmilər vətəndaşlarımızın mülklərinə də xeyli ziyan vurur.  Mülki əhali arasında ölənlər arasında körpələr də, yaşlılarda var. Buna baxmayaraq cəbhə bölgəsində yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər və ordumuza güvənirlər. Heç kəs öz doğma yurd yuvasını tərk etmək istəmir.
   Cəbhə bölgəsində yaşayan gənclər üçün əsgər nümunədir. Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb. Bu gün müasir Azərbaycan tarixinin qanla yazılan şanlı səhifələridir. Bu gün Azərbaycan əsgəri torpaqlarımızı qarış-qarış azad edir.
   Bu gün hər yaralanmış əsgərimiz diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Ali Baş Komandan cənab İlham Əliyev və  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva yaralanan əsgərlərlə görüşdü. Onlarla söhbət edib, onları narahat edən problemlərlə maraqlandı. Ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub bu gün hər bir şəhid ailəsi, hər bir yaralanan hərbçimiz.
   Yaralanan əsgərlər ilə görüşü zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın kövrəlməsi və göz yaşları ana ürəyinin və qadın mərhəmətinin təcəssümüdür. Səmimi hisslər və dərdlərin bölüşməsi xalqımıza məxsus olan ülvi xüsusiyyətdir.       
   Bu gün hər bir ölkə vətəndaşı böyük həssaslıqla izləyir bütün hadisələri. Milyonların diqqətindədir xəbərlər. Hami “Hansı yeni qələbəsi oldu ordumuzun?” sualını verir.
   Əminəm ki, Azərbaycan Əsgəri qalib gələcək. Qələbə bizimlədir.

İlhamə Mehdiyeva,
Ziyalı, 166 saylı orta məktəbin müəllimi

Keçidlər