Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ordusu “Qarabağ Azərbaycandır!” deyir

03 oktyabr 2020 | 11:00

   30 illik həsrət. Doğma yurd həsrəti. Hər bir Qarabağlı üçün bu 30 illik gözləmə bəlkə də 300 il oldu. Neçə-neçə ağsaqqalımız, ağbirçəyimiz bu dünyadan qəlbində Qarabağ həsrəti ilə köçdü. Bezi hamı. Səmərəsiz danışıqlar və kağız üzərində qalmış bəyanatlar. Nə qədər olar axı? Hamıya bəlli idi ki, yalnız Azərbaycan tərəfi beynəlxalq hüququ gözləyir və danışıqlarda dürüstdür. Mövcud danışıqlar formatı heç bir nəticə hasil etmədi. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış yersizdir. Axı 30 il ərzində nə etdiniz?
   Azərbaycan öz dostlarını tanıyır və edilən yaxşılığı heç vaxt unutmur. Tarix bunu dəfələrlə isbat edib. Bu günlərdə Azərbaycana dəstək olan ölkələri, təşkilatları, insanları biz heç vaxt unutmayacağıq.
   Diqqət salsaq son 30 illik tarixə, görərik ki, məsuliyyətli Azərbaycan ölkəsi faşist Ermənistan rəhbərliyinə qarşı olub. Hər zaman belə də olub ki, Ermənistan rəhbərliyi yeni təxribatlar hazırlayır, Azərbaycanın yaşayış məntəqələrini yenə də atəşə tutmaq istəyir. Hər gün mülki əhali arasında itkilərimiz artır. Bu, erməni faşizminin eybəcər sifətini göstərir. Azərbaycan isə mülki əhaliyə qarşı heç vaxt vuruşmur. Son təxribatların nəticəsində Azərbaycan Komandanlığı düşmən ordusuna belə tərki silah olmağa çağırdı və bəyan etdi ki, onların salamatlığına beynəlxalq hüquq çərçivəsində qarantdır. Azərbaycan əsgəri heç bir mülki insana qarşı vuruşmur. Ermənistan tərəfinin son zamanlar internet məkanında yerləşdirdiyi videolarda açıq aşlar  görünür ki, onlar muzdlu terroristlərlə bərabər vuruşur Azərbaycan ordusuna qarşı. Qüdrətli Azərbaycan əsgəri onları məhv etməyə qadirdir. Gedən döyüşşlərdə Azərbaycan ordusu öz sözünü deyib.
   Qələbə bizimlədir.
   Qarabağ Azərbaycandır !

Şahlar Qasımov,
Ziyalı, Lökbatan qəsəbə sakini

Keçidlər