Şriftin ölçüsü :

Saytın rəngi :

Əminəm ki, Azərbaycan Ordusu Qalib olacaq!

03 oktyabr 2020 | 11:00

   İrəli Azərbaycan Əsgəri! Əmr et Ali Baş Komandan! Yaşa cənab Prezident! Bu gün bu şüarlar Azərbaycan xalqının dilindən heç düşmür.

   Bu gün Azərbaycan xalqının öz yeni-yeni qəhrəmanları vardır. Artıq hər bir vətəndaş əmindir ki, Azərbaycan əsgəri xilaskar əsgərdir. Azərbaycan əsgəri haqq yolunda vuruşur. Azərbaycan əsgəri öz doğma torpağında vuruşur. Haqq yolunda yaralanır və həlak olur Azərbaycan əsgəri. Hər kəsə bəllidir ki, bizim əsgərlərimiz xilaskar əsgərlərdir, amma Erməni əsgərləri işğalçı əsgərlərdir. Bax bizim fərqimiz bundadır.

   Dünyaya səs salacaq bizim peşəkar ordumuz. Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edir və bununla öz xalqına sevinc bəxş edir. İllərdir gözü yolda olan insanlar bu gün şad xəbərlər alır əsgərləmizdən. Artıq bir neçə yaşayış məntəqəsini işğaldan azad edib əsgərlərimiz. Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Bu gün haqq da, tarixi həqiqət də, beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Çünki cənab Prezidentin apardığı düzgün xarici siyasət nəticəsində dünyanın hər bir nöqtəsində Azərbaycan tanındı, Azərbaycan həqiqətləri səsləndi.

   Qüdrətli Ordu sayəsində biz irəli gedəcəyik. Qələbəyə əminik. Azərbaycan xalqı öz dövlətin ərazi bütövlüyünü nəhayət ki, bərpa edəcək. Hər gün telekanallardan xəbərləri izləyirəm. Ordumuzda ruh yüksəkliyi var. Cəmiyyətimizdə ruh yüksəkliyi var. 

   Biz qalibik! Mən tarixi vətənimin tapdaq altından azad olmasını səbirsizliklə gözləyirəm. 

   Baş əyirəm Azərbaycan əsgəri qarşısında.

Fərqanə Qasımova,
Ziyalı, 166 saylı orta məktəbin müəllimi

Keçidlər