Şriftin ölçüsü :

Saytın rəngi :

Nə qədər Azərbaycan var o qədər də Heydər Əliyev bizim qəlbimizdə olacaq!!!

04 oktyabr 2020 | 11:00

 

   1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı müdrik seçimini edərək dahi şəxsiyyət Heydər Əliyevi rəhbər seçmiş və bu qərarı ilə müstəqilliyimizin qorunub saxlanılmasına, ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini vermişdir.  Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndərimiz 1993-cü ilin 10 ok­tyabrında dövlətə və xalqa sədaqət andı içərək demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

   1993-cü ilə qədər Azərbaycanda hakimiyyətsizlik, siyasi hərc-mərclik, vətəndaş qarşıdurması hökm sürürdüsə, həmin tarixdən sonrakı dövr ölkəmizdə dövlət müstəqilliyinin möhkəmlənməsi ilə xarakterizə edilir. 1993-cü ildən sonra Azərbaycanın inkişafı göz qabağındadır. Əgər o vaxt Azərbaycanda xaos hökm sürürdüsə, bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idisə, bu gün Azərbaycanda əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdısa, bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycanda total böhran hökm sürürdüsə, bu gün Azərbaycan qüdrətli ölkəyə çevrilmişdir. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti Azərbaycan xalqının inamını özünə qaytardı, ölkədə sabitlik və əmin-amanlıq yaratdı. Bununla da, Ulu Öndər qeyd etdiyi kimi, Azərbaycanın dövlət müstəqilliyi daimi, əbədi və dönməz olacaqdır...

   Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.
Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib sıralarına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb.

   Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz nailiyyətlər və qazanılan uğurlar əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin parlaq təcəssümüdür.
Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərdən biridir. Çox fəxr edirəm ki yaşadığım ölkənin rəhbəri Ulu öndər Heydər Əliyev olub çünki bizim rəhbərimiz təkrarolunmaz bir şəxsiyyət idi. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.
   Nə qədər Azərbaycan var o qədər də Heydər Əliyev bizim qəlbimizdə olacaq!!!

Akşin Hüseynov
Qarabağ DNK-nun sədri,
VKC Karate federasiyasının birinci vitse-prezidenti,
Qarabağ qazisi,
ictimai fəal

Keçidlər