Torpaq uğrunda ölən varsa VƏTƏNDİR!
Bu gün Azərbaycan Ordusu qızıl hərflərlə Azərbaycan tarixinin yeni səhifəsini yazır. Hər bir ölkə vətəndaşı üçün qürur və fəxr yaşadığı anlardır bu günlər. Hər kəs sevinclə Ordumuzun irəli getməsini izləyir. Hər alınan 1 qarış torpaq bizim üçün çox dəyərli və qiymətlidir. Hər kəs alınan bir qarış torpaq üçün tökülən anların verilən canların şahididir bu gün. Azərbaycan xalqı üçün müasir tarixin ən önəmli anlarıdır.
Yaşasın Azərbaycan Əsgəri!
Yaşasın Ali Baş Komandan!
Bəli, doğrudur, bu gün Vətən uğrunda, Qələbə üçün canından keçən və ən yüksək məqama çatan igidlərimiz də az deyil.
Torpaq uğrunda ölən varsa VƏTƏNDİR!
Hər bir şəhidimiz bizim unudulmaz qəhrəmanımızdır. Azərbaycanın tarixi boyu bu 30 illik müharibənin qəhrəmanı olacaqlar onlar. Şəhidlər ölmür. Şəhidlərimiz qəlbimizdə yaşayacaq daim.
Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir. Dövlətimiz tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilən ölkədir. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Bu 30 illik tarixdə də belə oldu, indi də olacaqdır.
Bu gün Azərbaycan Dövləti öz əsgərin yanındadır. Ali Baş Komandanımız daim onlarla maraqlanır, görüşür. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərin yanında olacaqdır.
Mən də 4 il hərbi xidmətdən oldum 97-2001-ci illərdə. Cəbhə boyu əsgərlərə xüsusi diqqətin şahidi idim. Ümumiyyətlə biz əsgərlərə Ali Baş Komandanın əmrinə əsasən daim ən yüksək səviyyədə geyim, qida və şərait yaradıldı. Milli Ordumuz o gündən bu günə xeyli inkişaf yolu keçdi, müasir texnika ilə təchiz oldu. Bizim ordumuzun təminatı daim Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqətində oldu.
Əminəm ki, Azərbaycan Ordusu Qalib olacaq!
Yaşa cənab Prezident!
Əmr et Ali Baş Komandan!
İrəli Azərbaycan Əsgəri!
Fikrət Axundov,
Ehtiyatda olan əsgər,
Lökbatan qəsəbə sakini