Şriftin ölçüsü :

Saytın rəngi :

Səngəçal qəsəbəsində səyyar görüş

13 aprel 2013 | 10:00

12 aprel 2013-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun Səngəçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirmişdir.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 100-ə yaxın qəsəbə sakini iştirak etmişdir. Görüşə gəlmiş Səngəçal qəsəbə ağsaqqalları görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemlərini  rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılova bildirmişlər.
Qəbula gələn qəsəbə sakinlərindən 14 nəfəri fərdi qaydada dinlənilmişdir. Qəsəbə sakinlərini dinləyən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını vermişdir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən imzalanan “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilən infrastruktur layihələrin qəsəbənin problemlərinin həllində xüsusi rol oynadığı qeyd edərək görüləcək işlər barədə danışmışdır.
Görüşdə qeyd edilmişdir ki, artıq qəsəbə ərazisində mütəmadi iməciliklər keçiriləcəkdir. Qəsəbə ərazisi təmizlənəcək, ağac və gül kolları əkiləcək, çoxmərtəbəli yaşayış binalarının həyətlərində qanunsuz zəbt edilmiş torpaqlar abadlaşdırılaraq sakinlərin istifadəsinə veriləcəkdir. Qəsəbədə bir neçə nümunəvi həyətlərin salınması işlərinə artıq başlanılmışdır.

Keçidlər