Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər ölməz, Vətən bölünməz!

03 oktyabr 2020 | 11:00

   Bu gün Azərbaycan vətəndaşı üçün qürur və fəxr yaşadığı anlardır. Hər bir ölkə vətəndaşı sevinclə Ordumuzun irəli getməsini izləyir. Hər bir alınan 1 qarış torpaq bizim üçün çox dəyərlidir. Hər kəs alınan bir qarış torpaq üçün tökülən anların verilən  canların şahididir bu gün. Azərbaycan xalqı üçün müasir tarixin ən önəmli anlarıdır.
   Gedən döyüşlərin ağırlığı və əzəməti də hər kəsə bəllidir. Bu döyüşlərdə yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır. Hər bir vətəndaş ölkəsinə sadiq, millətinə xeyirli olmaq istəyir. Bu gün hərə öz döyüş meydanında çalışır. Əsgərlərimiz vuruşur, media nümayəndələrimiz, ictimai xadimlərimiz dünyaya həqiqəti çatdırır. Vətən uğrunda gedən döyüşlərdə yaralanan igidlərimizə də Hippokrat andı içmiş həkəmlərimiz baxacaq. Hər birimizə bəllidir ki, sağalan əsgər yenidən cəbhəyə can atacaq, torpaqlarımızın azad olunması üçün vuruşacaq.
   Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər alan əsgərlərə həkimlər yaxşı baxacaq, əlindən gələni edəcək və gənclərimiz öz əsgər yoldaşlarının yanına qayıdacaqdır.
   Hər bir həkim bu gün öz şərəfli peşəsini yüksək ruh yüksəkliyi ilə həyata keçirir. Bu da səbəbsiz deyil. Yüksək döyüş ruhu və əzmkarlıq bizə qələbə qazandıracaqdır. Bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər.
   Doğrudur, bu gün Vətən uğrunda, Qələbə üçün canından keçən və ən yüksək məqama çatan igidlərimiz də az deyil. Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Tarix boyu bu 30 illik müharibənin qəhrəmanı olacaqlar onlar. Şəhidlər ölmür. Şəhidlərimiz qəlbimizdə yaşayacaqdır.

Sevda İbrahimova,
Sahil qəsəbə sakini

 

Keçidlər