Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın müzəffər Ordusu öz sözünü deyəcək

03 oktyabr 2020 | 11:00

   Hamıya bəllidir ki, Pakistan Azərbaycana qardaş ölkədir. Ölkələrimiz arasında strateji münasibətlər, qardaş münasibətləri son hadisələrdə bir daha təsdiqləndi. Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı Pakistanın Azərbaycana davamlı dəstəyinə görə minnətdarıq.
   Azərbaycan dövləti bəyan etdi ki, Kəşmir problemində Pakistanın yanındayıq.  Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. İkitərəfli əlaqələrdə siyasi sahədən əlavə iqtisadi məsələlər üzərində diqqət cəmləşdirməliyik. Qarşılıqlı ticarəti stimullaşdırmaq və investisiyalar sahəsində daha fəal münasibətləri qurmaq üçün böyük potensial mövcuddur.

   Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başladı. Bu da onların işğalçı siyasətinin davamıdır. Keçən ay Ermənistan tərəfindən çox kəskin təcavüz aktlarını müşahidə etdik. İyul ayında baş verənlər beynəlxalq ictimaiyyətə yaxşı məlumdur və hər kəs bilir ki, Tovuz rayonunda Ermənistan-Azərbaycan dövlət sərhədində kəndləri və hərbi mövqeləri atəşə tutan Ermənistan olub.
Azərbaycan ordusu adekvat cavab verdi. Azərbaycan Ordusu cavab tədbiri görməli idi. Onlara adekvat cavab verildi. Onların yeni əraziləri işğal etmək planları uğursuzluğa düçar oldu. Azərbaycan Ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni ordusu etdiklərindən peşmançılıq keçirmək məcburiyyətində qaldı.
   Ermənistan müharibəyə hazırlaşırdı. Prezident İlham Əliyevin qeydləri, bəyanatları, müsahibələri və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışı Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün siqnal idi. Prezident İlham Əliyev Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu dedi. Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən kəndlərə, hərbi mövqelərə hücum etməyə başladılar və bu iki gündə mülki şəxslər arasında itkilərimiz oldu. Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artır. Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə onlara növbəti dərs veriləcək.
Azərbaycanın müzəffər Ordusu öz sözünü deyəcək

Ayxan Abdullayev,
Elxan Həsənov adına 139 nömrəli tam
orta məktəbin 10-cu sinif şagirdi

Keçidlər