Şriftin ölçüsü :

Saytın rəngi :

Pakistan Azərbaycana qardaş ölkədir.

03 oktyabr 2020 | 11:00

   Hamıya bəllidir ki, Pakistan Azərbaycana qardaş ölkədir. Ölkələrimiz arasında strateji münasibətlər, qardaş münasibətləri son hadisələrdə bir daha təsdiqləndi. Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı Pakistanın Azərbaycana davamlı dəstəyinə görə minnətdarıq.
   Azərbaycan dövləti bəyan etdi ki, Kəşmir problemində Pakistanın yanındayıq.  Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. İkitərəfli əlaqələrdə siyasi sahədən əlavə iqtisadi məsələlər üzərində diqqət cəmləşdirməliyik. Qarşılıqlı ticarəti stimullaşdırmaq və investisiyalar sahəsində daha fəal münasibətləri qurmaq üçün böyük potensial mövcuddur.
   Azərbaycan vətəndaşı olaraq biz Pakistana minnətdarıq. Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir.
Bütün hallarda Pakistan həmişə yanımızdadır. Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat verib. Bu bəyanat haqq işimizi tam dəstəkləyir.
  Var olsun Azərbaycan Pakistan qardaşlığı

Səkinə Rzayeva,
Yazıçı publisist,
Əliheydər Kazımov adına
228 nömrəli orta məktəbin direktoru

Keçidlər