Şəhid övladlarına şəhid atadan
03 oktyabr 2020 | 11:00
İçdə həmişə bir sızıltı olacaq, niyə kövrəldiyini, niyə susduğunu, niyə fikrə getdiyini anlamayacaqlar.
Fərqlənəcəksən.
O fərqlilik həyatda həmişə bilinəcək, lakin hər zaman anlaşılmayacaq.
Qürurla dayan!
Dövlətinə, millətinə, topağına sədaqətli ol şəhid ataların övladları. Şəhidlik zirvəsi uca olduğu qədər, həyatda da sənin nailiyyətin uca olsun!
Şəhid ataları adından
şəhid Rüstəmov Rzanın
övladı Gülmirə Rza