Şriftin ölçüsü :

Saytın rəngi :

Təxribatçı Ermənistana dur deməyin vaxtıdı

03 oktyabr 2020 | 11:00

   Ermənistan açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibə cinayətidir. Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Bunu nümayişkaranə şəkildə edirlər. Qanunsuz məskunlaşma qəbuledilməzdir.  Sonra onlar Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirirlər. Bütün bunlar şüurlu provokasiyalar, Azərbaycanı münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir.
   Hər zaman Azərbaycan təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdi, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər.
   Artıq heç kəsə gizli deyil ki, bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Bu gün Ermənistanda Soros rejimi mövcuddur. Paşinyan çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir. Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi. Onlar növbəti dəfə hücum etməzdən iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edildi. Yəni, Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edirdi və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir.
   Ermənilər hər dəfə hər yerdə olduğu kimi yalan danışmağı özləri üçün adi hal bilir. Onlar anlamalıdırlar ki, Azərbaycan ordusunun muzdlu döyüşçülərə ehtiyacı yoxdur. Bu, növbəti “feyk-nyusdur”. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur.
Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən qismən səfərbərlik elan edilib.
   2 milyon əhalisi olan Ermənistana qarşı Azərbaycan 10 milyon əhalisindən 10 minlərlə ehtiyatda olanları orduya çağırır, insan ehtiyatlarına ehtiyacımız yoxdur.
   Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qadirdir ki, o, bir daha Azərbaycan tərəfə baxmağa cəsarət etməsin.
   Azərbaycan vətəndaşı hər zaman öz Prezidenti,  Ali Baş Komandanı cənab İlham Əliyevin əmrindədir
   Yaşasın Azərbaycan əsgəri!
   Yaşasın Azərbaycan!
   Yaşasın Ali Baş Komandan

Gülnarə Rzayeva,
110 saylı orta məktəbin əməkdaşı, ziyalı

Keçidlər