Şriftin ölçüsü :

Saytın rəngi :

İki dövlət, bir millət – Azərbaycan Türkiyə!

03 oktyabr 2020 | 11:00

   30 il sürən münaqişədə bir sonuc görünmürdü. Azərbaycan sülh tərəfində olduğu üçün zaman zaman atəşkəsin elan olunmasına baxmayaraq, təmas xəttində erməni təxribatının nəticəsində şəhid olan hərbi və mülki əhalinin acısını yaşayırdı. Torpaq uğrunda ölən varsa VƏTƏNDİR. Amma hər kəsin bir səbr kasası var deyib atalar. Daim Azərbaycan tərəfi müzakirələrdə konstruktiv olub.  Bütün dübya bilir ki, Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib.
   Bu gün soruşulsa vasitəçilik missiyası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilərlər. O cümlədən son iki ildə dəfələrlə bəyan edilib ki, illər boyu işlənib hazırlanmış, Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiqik. Üstəlik son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan edilib ki, danışıqların formatına da sadiqik.
   Amma Erməni tərəfinin Azərbaycan torpaqlarında təxribatları dayanmadı, əksinə ildən ilə artdı. İtirdiyimiz vətəndaşların yaş həddi də böyüdü. Bu müharibədə neçə-neçə günahsız körpələr qurban oldu. Neçə-neçə nəsil, tayfa öz ağsaqqal və ağbirçəyini itirdi. Görəsən dünya mediyası hara baxırdı? Niyə işıqlandırmır evində rahat yaşayan günahsız mülki vətəndaşlarımızı? Hansılar ki, sadəcə torpaqlarımız təxribatlar zamanı atılan mərmilər o sakinlərin evlərinə düşdü. Niyə dünya susur o təxribatlara ki, nəticədə mülki şəxslərin evləri başlarına uçur ?
   Naftalan son günlər atəşə tutuldu... Naftalanda yaşayanların günahı nə? Göranboyda yaşayan insanların günahı nə? Sadalayım mı hamısını?
   İstərəm ki, hər kəs bilsin bu münaqişənin yalnız iki tərəfi var. Və bu münaqişənin iki tərəfi - Ermənistan və Azərbaycandır.
   Lakin son illər ərzində, Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən sonra nələr baş verib?
   Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”.
   Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər?
   ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, danışıqlar Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparılsın. Bu nə deməkdir?
   Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır Ermənistan. Deməli, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minsk qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal danışmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, təxribatlar törədirlər. Dövlət sərhədindəki bizim mövqelərəmizə hücum edilib. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Azərbaycan danışıqlara sadiqdir, lakin Ermənistan tamamilə əks hərəkətlər görür.
   Fəxr edirəm öz Prezidentimlə, çünki bütün dünyaya bəyan etdi ki, Azərbaycan dövləti dünyadan fərqli olaraq aqresor ölkəni dayandıra biləcək
   Bütün dünya şahiddir ki, Ermənistan artıq bir neçə ay idi ki, hücuma – yeni müharibəyə hazırlaşırdı. Analitiklər bunu çox rahat halda sübut edə bilər. Onların hərəkətlərinin və bəyanatlarının xronologiyası aşkar göstərir ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Dövlət Başçımız, Prezident cənab İlham Əliyev BMT Baş Assambleyasının tribunasından çıxış edərkən demişdi ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. Dünya ölkələri bunun üçün nə etdi?
   İyul ayında onlar dövlət sərhədindəki yaşayış məntəqələrə silahlı hücum etdilər. Bu, münaqişə zonasından çox uzaq bir yerdir. O vaxt bir dinc sakin və bir neçə hərbi qulluqçu həlak oldu. Döyüşlər dörd gün davam etdi.
   Azərbaycan vətəndaşı olaraq tam məsuliyyətimlə bəyan edirəm ki, Ermənistan ərazisində heç bir hərbi hədəfimiz olmayıb və yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri torpaqlarımızdan çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı.
   Bu gün bir hər bir Azərbaycan vətəndaşı kimi istəyim, Qarabağ işğalçıların tapdaqları altından azad olsun, qaçqın və məcburi köçkün vətəndaşlarımız öz doğma yurdlarına qayıtsın.
   Dünya bunun üçün heç nə etməsə də, əminəm ki, Ali Baş Komandanımız bunun üçün bütün gücümüzü səfərbər edəcəkdir.
   Qardaş Türkiyə xalqına bizə göstərdiyi mənəvi dəstək üçün səmimi qəlbdən təşəkkür edirəm
   Yaşasın Azərbaycan Türkiyə qardaşlığı!
   Yaşasın Azərbaycan əsgəri!
   Yaşasın cənab Prezident

Nadir Muradov,
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini

Keçidlər