Şriftin ölçüsü :

Saytın rəngi :

İki dövlət, bir millət – Azərbaycan Türkiyə!

03 oktyabr 2020 | 11:00

Mən bir Azərbaycan övladı olaraq tam məsuliyyətimlə bildirirəm ki, bu gün Azərbaycanın Ermənistanın torpaqlarında hərbi maraqları yoxdur.
   Ermənistan həmişəki kimi öz ampluasındakı rolda çıxış etməyi davam edir. Qonşularımız ya yeməklərimizi, ya musiqimizi, ya torpaqlarımızı öz adına çıxartdı....
   Bununla bezmədi, Qonşu Gürcüstanla da eyni davrandı. Bu azmış kimi, İsraildə də bu kimi hoqqalardan çıxdı. Bir sözlə, yalan üstə yalan danışan Ermənistan üçün müharibə şəraitində yeni yalanlar uydurmağa nə var ki?
   İndi də informasiya məkanında Ermənistanın SU-25 döyüş təyyarəsinin Türkiyənin F-16 qırıcı təyyarəsi tərəfindən vurulması haqqında xəbər yayılıb. O, heç nə ilə təsdiq edilməyib. Səbəb isə təbii ki, informasiyanın “feyk nyus” olmasıdır
  Hamiya yaxşı bəllidir ki, Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Amma Ermənistan tərəfinin bu barədə yalan yaymaları davam etmir.
  Heç nəzərə də almağa düşüncələri çatmır ki, bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək olduqca çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq təbii çox asandır.
   Həmişəki kimi, Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi aydındır. Onlar təxribat törətməklə hər kəsi yanlış yola çəkmək istəyir. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq gülüncdür. Son illər ərzində keçirilmiş hərbi paradlar Azərbaycan Silahlı Qüvvələrinin bütün gücü ilə nümayiş etdilər. Onlar tərəfindən həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq cəhdidir.
   Azərbaycan Dövlət rəsmiləri bütün məsuliyyəti ilə bəyan edir ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur.
   Türkiyə rəsmiləri də Azərbaycan Dövlətinin yanında olduğunu hər zaman bəyan edir. Bu gün hər bir Azərbaycan vətəndaşı Qardaş Türkiyəyə mənəvi dəstək üçün təşəkkür edir.
   Yaşasın Azərbaycan Türkiyə qardaşlığı!

Süleyman Bağırov,
Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı,
iqtisadçı

 

Keçidlər