Şəhid qəhrəman atanın dilindən
Ağlamaqdan gözü qizaran balam !
Qururlu duruşun ürək dağlayır
Bilirəm köksündə açılan yaran
Təzədir, fəryaddan qanlar ağlayır.
Başına qara bağlayan anam !
Ay oğul hardasan gözləyirəm mən
Sözlərini deyib, o nür üzünə
İzləri buraxıb gəl incitmə sən.
Axı mən şəhidlər sərvəri olan
İmam Hüseynin görüşündəyəm
Sən belə fəryadlar çəkdikcə inan
İmamda kövrəlib deyir qayıt sən
Ananı gözü yolda qoymadan
Görüşünə get
Gözləyirəm mən
Ömür-gün yoldaşım !
səndə ağlama
Köksünə ötürüb qəmlə dağlama
Övladım sənə əmanətdir bil
Üzünə kədərli niqab bağlama
Qürurum qeyrətim sənə əmanət
Bilirəm mirasıma gəlməz xəyanət.
Gülmirə RZA,
Şəhid Rüstəmov Rza Sulduz oğlunun qızı,
Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı
.jpg)






