Şriftin ölçüsü :

Saytın rəngi :

Pakistan – Azərbaycan münasibətləri müsbət yönümdə inkişaf edir

03 oktyabr 2020 | 11:00

    Azərbaycan və Pakistan arasında öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə olunan əlaqələr mövcuddur.Bu əlaqələrin əsası 1991-ci ildə qoyulmuşdur.Pakistan həmin ildə Azərbaycan Respublikasının  dövlət müstəqilliyini  tanıyan ilk üç dövlətdən biri olmuşdur.Ölkələrimiz arasında diplomatik əlaqələrin əsası 1992-ci ilin iyun ayının 9 –da qoyulmuşdur.Bu günə qədər də diplomatik əlaqələr uğurla inkişaf edir.Beynəlxalq aləmda Pakistan daima Azərbaycanın mövqelərinin müdafiəçisi kimi çıxış etmişdir.Təkcə bir misalı çəkmək buna sübut ola bilər .Belə ki,1993-cü ildə məhz Pakistanın  sədrlik etdiyi BMT-nın TŞ-nın iclasında Ermənistan –Azərbaycan münaqişəsi ilə əlaqədar  822 saylı qətnamə qəbul edilmişdir.
   Ulu  öndər  Heydər Əliyevin prezidentliyi dövründə iki ölkə arasında mübasibətlərin inkişafı prezidentlərin qarşılıqlı rəsmi səfərləri əsasında inkişaf etmişdir.1995-ci ilin oktyabrında Pakistan prezidentinin Azərbaycana,1996-cı ildə Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin Pakistana rəsmi səfərləri bu inkişafa bariz nümunədir.
   Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin prezidentlik dövründə iki ölkə arasında bütün sahələrdə münasibətlərin inkişafında irələliləyişlər olmüş və bu prosses indi də davam etməkdədir.2004 -2005- ci illərdə iki dövlətin prezidentlərinin qarşılıqlı görüşləri bu müsbət tendensiyanın daha da yüksələn xətlə inkişaf etməsinə zəmin yaratmışdır.
   Diplomatik sahədə ölkələrimiz bir –birini Qarabağ və Kəşmir məsələsində dəstəkləyir.2004-cü ildə Pakistan prezidenti Pərviz Müşərrəfin Azərbaycan Respublikasına rəsmi səfəri bu gün də müsbət yönümdə inkişaf edən Azərbaycan –Pakistan münasibətlərində yeni bir mərhələnin başlanğıcı hesab edilə bilər.
   2020-ci il,29 sentyabrda Prezident cənab İlahm Əliyev Pakistanın ölkəmizə yeni təyin edilən fövqəladə və salahiyyətli səfiri Bilal Hayenin qətnaməsini qəbul etmiş və daha sonra səfirlə səmimi söhbət etmişdir.
   Yeni təyin edilmiş səfir Bilal Haye Dağlıq Qarabağ münaqişəsində Pakistanın daima Azərbaycanın yanında olacağını bir daha vurğuladı və öz dövlətinin bu məsələ ilə bağlı dəyişməz siyasətini bir daha prezident İ.Əliyevin nəzərinə çatdlrdı.Səfirin bu fikirləri  iki dövlət arasında qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişafının davamı kimi qiymətləndirilə bilər.
   Prezident İ.Əliyev səfirlə söhbət əsnasında iki ölkə arasında bir çox məsələlərə toxunmuşdur.Prezidentimizin səfirlə görüşündə səsləndirdiyi fikirlər arasında bir məsələ xüsusi ilə qeyd edilməlidir.Prezident qeyd etdi ki,Pakistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanın dövlət müstəqilliyini tanımır.Mən deyərdim ki,cənab İ.Əliyevin söylədiyi bu fikir Azərbaycan və Pakistan arasında nəinki siyasi və diplomatik münasibətlərin yüksək səviyyədə olduğunu göstərir, eyni zamanda iki dövlət arasında qardaşlığın bir nümunəsi hesab edilməlidir.
    Daha sonra cənab İ.Əliyev 27 sentyabrda Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı haqda Pakistan səfirini məlumatlandırdı.Bildiyimiz kimi 27 sentyabrda Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti təxribata əl atmışdır.Bu təxribatın qarşısı qəhrəman Azərbaycan ordusu tərəfindən alınır.
   Prezident İ.Əliyev səfirin diqqətinə onu da çatdırdı ki,erməni hərbi qüvvələrinin mülki şəxslərə də atəş açması Cenevrə konvensiyasının müddəalarına ziddir.
   Prezident İ.Əliyevin aşağıda qeyd edəcəyim fikirləri xalqımızın torpaqlarımızın işğalçılardan azad olunması üçün apardığı  müharibədə nə qədər haqlı olduğunun əyani sübutudur.
   “Biz öz torpaqlarımızda döyüşürük,Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir.Beynəlxalq ictimaiyyət  Azərbaycanın ərazi bütövlüyünü tanıyır.Qarabağ Azərbaycandır! “
   Prezident İ.Əliyevin Pakistan səfiri ilə görüşündə səsləndirdiyi fikirlərin əsasında dayanan müddəalar aşağıdakılardır:
      Azərbaycan torpaqları işğaldan azad ediləcək. 
     Müzəffər ordumuz bunu etməyə qadirdir. 
     Ədalət zəfər çalacaq.
     Qarabağ AZƏRBAYCANDIR!!!

   Bu gün də davam edən haqq savaşında Azərbaycanın müzəffər ordusuna uca Allahdan güc – qüvvət,Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev can sağlığı və əzmkarlıq  arzusu ilə
                                      

Elxan İsmayılov adına
                   253 saylı tam orta məktəbin tarix müəllimi Elşad Vəliyev

Keçidlər