Şriftin ölçüsü :

Saytın rəngi :

Döyüşlərdə şəhid olanları eşidəndə keçirdiyim hisslərim

03 oktyabr 2020 | 11:00

Yaman həyəcanlıyam, ürəyimdə yenidən alışdı o od
Övladları atalarının məzarı başında görmək
Susqun dillər, danışan gözlər...
Ürəyimi titrədir.
Başda qara şallar...
Yarı ilə yarım qalmış sevdalar...
Hələ dünyaya yenicə göz açmış körpələr.
Aqibətindən xəbərsiz 6 aylığında ata qayğısından uzaq düşən balaca mələk...
Çox tanış mənzərələr...
Qorxuram, hələ çox uşağın atasız qalmağından.
Özünü övlad yanında güclü göstərən anaların gece fəryadından.
Hər nəvəsini görəndə oğlunu görmüş kimi, onu köksünə basıb qoxlamağından
Artıq həmin o gündən uşaqlığı getmiş övladların uşaqlığını yasamamağından.
Balacaikən böyüməklərindən
Ürəklərdə qalmış atalı arzuların çin olmamağından.
Bu qorxunu anamla paylaşmaqdan qorxuram
Onun yarasını qopartmaqdan qorxuram.
Ürəyim titrəyir...
Söz tapmır dilim...
Yer tapa bilmirəm,
Özümə neylim...

 

Gülmirə RZA,
Şəhid Rüstəmov Rza Sulduz oğlunun qızı,
Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı

Keçidlər