Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə regionda sülhün təminatçısıdır

02 oktyabr 2020 | 11:00

   Hamıya bəllidir ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə dedikdə Azərbaycan, Azərbaycan dedikdə Türkiyə anlaşılır hər kəs  tərəfindən.
   Türkiyə Azərbaycana qardaş ölkədir və sözün hər mənasında müttəfiqdir.
   Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən qardaş Türkiyənin dövlət başçısı və digər rəhbərlər səviyyəsində olan şəxslər birmənalı olaraq Azərbaycanı dəstəklədiyini bəyan edərək, bildirdilər ki, onlar beynəlxalq hüququ dəstəkləyir.
   Çünki hamıya bəllidir ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur.
   Bu gün qardaş Türkiyə doğma vətənimə mənəvi dəstək göstərir. Bu gün mənimlə bahəm, hər bir Azərbaycan vətəndaşı Türkiyə rəhbərliyinə, Türkiyə  Prezidentinə və türk xalqına Azərbaycan ilə həmrəy olduğuna və dəstəklədiklərinə görə səmimi qəlbdən təşəkkür edir.
   Ermənistan hər zaman olduğu kimi, şayiələr yaymaqla məşğuldur.  Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, və cənab Prezidentin xüsusi vurğuladığı kəlmə ilə desək bu, feyk-nyusdur.
   Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. 10 milyon Azərbaycan xalqının ordusu 2 milyon əhalisi olmayan Ermənistandan sözün əsl mənasında hər bir sahədə qat qat güclüdür.
   Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.
   Hər bir Azərbaycan vətəndaşı da bu gün Qarabağı qaytarmaq üçün Ordusuna dəstək və Ali Baş Komandanın əmrində hazırdır.

 

Süleyman Bağırov,
Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı,
iqtisadçı

Keçidlər